“Nəsil yaddaşı” filmi nümayiş olundu

“Nəsil yaddaşı”  filmi nümayiş olundu
23 fevral 2026
# 11:00

“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yerli auditoriya üçün göstərilib.

Kulis.az xəbər verir ki, “Nəsil yaddaşı” filmi 1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edir.

Filmin əsas süjet xəttini 2020-ci il Vətən müharibəsi qazisinin düşüncələri təşkil edir. O, babasının yuxuda göstərdiyi şəhid məzarını tapmaq üçün yola çıxır və bu səyahət zamanı ailənin keçmişini araşdırır. Filmdə arxiv materialları və xəritələrdən də istifadə olunub.

Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirov, bəstəkarı Nigar Süleymandır.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi postprodakşn mərhələsində olan filmlər arasında keçirilən “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibi olub.

Əvvəlcə Babək Abbaszadə filmin çəkilişi haqqında məlumat verib, bu günədək az tədqiq olunmuş İsmayıllı soyqırımının kino ekranına gətirilməsinin əhəmiyyətindən danışıb və Vətən müharibəsi qazisi Nurəddin Əzizlinin filmdə iştirakını xüsusi qeyd edib.

Sonra prodüser Ramil Ələkbərov filmin yaradıcı heyətini tamaşaçılara təqdim edib.

Nümayişdə filmin iştirakçıları və qəhrəmanları ilə yanaşı, İsmayıllı rayon ictimaiyyəti də iştirak edib.

Filmin nümayişindən sonra yaradıcı heyətlə tamaşaçılar arasında müzakirələr və fikir mübadiləsi aparılıb.

# 910 dəfə oxunub

Oxşar xəbərlər

Fatih Altaylı və Hazal  Kaya ifadəyə çağırıldı

Fatih Altaylı və Hazal Kaya ifadəyə çağırıldı

14:30 24 iyul 2026
“Kamal Abdulla və postmodernizm”  kitabı ingilis dilində çap olundu

“Kamal Abdulla və postmodernizm” kitabı ingilis dilində çap olundu

14:00 24 iyul 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
Meqan Markl Avstraliyada təhqir olundu

Meqan Markl Avstraliyada təhqir olundu

12:30 24 iyul 2026
Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

11:37 24 iyul 2026
95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

11:35 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər