Nemət Pənahlıya gülən adamlara cavab

Nemət Pənahlı

Nemət Pənahlı

18 yanvar 2023
# 11:00

Kulis.az yeni yazını təqdim edir.

Nemət Pənahlını gördünüz, yəqin. Sevinc Telmanqızı soruşur ki, sizin fitri istedadlarınız da vardı. Deyir, həə, vardı. Bir saat başımın üstündə qala bilirəm. Beləcə stulun üstündə başı üstə qalıb, cürbəcür hərəkətlər edir.

Bu kadrlar dərhal zəbt etdi gündəmi. Qəribə şeylər yazdılar, hərə bir cür şərh elədi. Kimi dedi, Azadlıq hərəkatının liderlərindən biri gör nə günə qaldı, biri dedi, hər şey baş-ayaqdır deyə ən yaxşısını o edir, biri dedi, kül bizim müxalifətin başına, biri dedi, vaxtilə meydanda adamları oturdub-durduran adam indi efirdə təpəsi üstə qalxır, biri dedi, kimin əvvəli, kimin axırı, çox adam söydü və s. və i.a.

Nemət Pənahlının indi efirdə kəllə-mayallaq durmasında qeyri-adi nə var, başa düşə bilmirəm? Onu niyə bu hərəkətinə görə təhqir edirsiniz, ələ salırsınız? Özü deyir, ciddi şəkildə yoqa ilə məşğulam. Elədiyi də yoqa hərəkəti idi. Bu yaşında o cür dura bilmək, hər özündən deyən oğulun işi deyil, bunu da deyək hamı bilsin. Onun yaşında olan insanlar küçədə-bacada yeriyə bilmir.

Üstəlik, efirdə, kameraların qabağında öz bacarığını nümayiş etdirməyi, mən səmimi hərəkət hesab edirəm. Dəfələrlə izlədim videonu. Hər dəfə fərqli dad aldım. Xanım aparıcının xahişini yerə salmır, qalxıb öz məharətini göstərir. Kininizi, nifrətinizi bir qırağa qoysanız, müsbət enerjini, xoş auranı duya bilərsiniz videodan. Müsahibəyə tam baxanda onun nə qədər səmimi adam olduğunu görmək olur. İstəyəndə ağlayır, istəyəndə gülür, istəyəndə stulun üstünə çıxır, istəyəndə dombalaq aşır.

Onu söyənlər azadlığın nə demək olduğunu başa düşmür. Azadlıq hərəkatının liderlərindən olmuş, dəfələrlə türmə, həbslər görmüş, ağır siyasi situasiyalara düşmüş, qaçaq həyat yaşamış bir adamın ürəyi istədiyi kimi dombalaq aşmaq haqqı da mı yoxdur? Azadlıq istəmədiyin şeyləri etməməkdən əlavə, həm də istədiyin şeyləri etmək idi axı. İndi bəs adi bir yoqa hərəkətinə görə nə istəyirsiniz adamdan?

# 5248 dəfə oxunub

Oxşar xəbərlər

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
Türkiyəli yazıçı vəfat etdi - Oğlunun ölümündən 9 gün sonra

Türkiyəli yazıçı vəfat etdi - Oğlunun ölümündən 9 gün sonra

16:30 28 oktyabr 2026
Səbinə Hacıyeva:  "Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir"

Səbinə Hacıyeva: "Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasına xüsusi əhəmiyyət verir"

16:02 28 oktyabr 2026
Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
Pop ulduzu Martin Skorsezenin filmində

Pop ulduzu Martin Skorsezenin filmində

16:00 28 oktyabr 2026
"Xəz paltolu Madonna"  romanı ekranlaşdırılacaq

"Xəz paltolu Madonna" romanı ekranlaşdırılacaq

15:30 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər