Nəcibə Behbudovanın anım günüdür

Nəcibə Behbudovanın anım günüdür
7 dekabr 2023
# 11:40

Bu gün Əməkdar artist Nəcibə Behbudovanın anım günüdür.

Kulis.az xəbər verir ki, Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub.

“Bəyin oğurlanması”nda Bibixanım, “Ulduz”da Tamam xala, “Fəryad” filmində erməni axçısı kimi obrazlarla yadda qalan aktrisa dünya şöhrətli müğənni Rəşid Behbudovun bacısıdır.

Aktrisa teatr sahəsindəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub. Rus Dram Teatrında işləyən teatr rejissoru Ağaəli Məstanovla ailə həyatı qurub. Bu evlilikdən oğlu Cəfər və qızı Firuzə dünyaya gəlib.

Oğlu Cəfər Behbudov vaxtilə Azərbaycan estrada sənətində parlayan ifaçılardan olsa da, sonradan Ukraynaya köçüb və orada yaşayıb. Müsahibələrinin birində o, Azərbaycandan küsdüyünü və ona görə də vətəni tərk etdiyini açıqlayıb. Cəfər Behbudov iki dəfə evli olub, Viktoriya və Səidə adlı qızları var. Müğənni 2019-cu il sentyabrın 26-da səhər saatlarında Ukraynada dünyasını dəyişib.

Aktrisa iki dəfə insult keçirib. Birinci dəfə öhdəsindən gələ bilsə də, ikincidə xəstəliyə məğlub olub. Nəvəsi Ülviyyə Ələkbərova həmin günləri belə xatırlayır:

“O qədər güclü insan idi ki, ilk dəfə insultdan sonra özünü tez toplaya bildi. İkinci insultdan sonra isə cəmi 5 gün yaşadı. O hətta ayıla bilmirdi. Bilirsiniz, mənə təsir edən həkimlərin insanlar üçün mübarizə aparmaqdan imtina etməsidir. Nəcibə Behbudova insult keçirəndən sonra “o artıq ayılmayacaq” deyirdilər. Mən bunu qəbul edə bilmirdim. 5 gün uzandığı müddətdə mən də onun yanında uzanırdım, ayrılmırdım ondan. 5-ci gündə anamgil molla ilə bir yerdə gəlmişdilər. “Onu burax, o artıq can verir” deyirdilər. Düzdür, hər şey Allahın əlindədir. Onu məndən ayırıb aparanda 5 gündən sonra ilk dəfə gözünü açıb son nəfəsini verib öldü. Yəni əziyyət çəkmədən rahat ölüb. O öləndə elə bilirdim ki, mən də öləcəm. Amma yaşayıram. Hərdən qəbiristanlığa gedəndə deyirəm ki, “nənəm, yaşayıram”. Həmişə ən çətin zamanlarımda nənəmin yanımda olmasını arzulamışam. Sadəcə qucaqlayıb öpsəydi, kifayət edərdi...”.

# 3819 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər