Nazirlikdən Ənvər Həsənovun vəfatı ilə bağlı - NEKROLOQ

Nazirlikdən Ənvər Həsənovun vəfatı ilə bağlı - NEKROLOQ
17 mart 2025
# 11:10

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Kulis.az xəbər verir ki, bu fikir Mədəniyyət Nazirliyinin Xalq artisti Ənvər Həsənovun vəfatı ilə bağlı nekroloqunda yer alıb.

Nazirlik aktyorun vəfatını Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki kimi qiymətləndirib.

"Məktəbli çağlarından kino sahəsinə maraq göstərib. 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı aktyorluq kursuna daxil olub.

Dördillik kursu bitirdikdən sonra 1969–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram aktyorluğu fakültəsində təhsil alıb.

1965-ci ildən taleyini "Azərbaycanfilm” kinostudiyasına bağlayan Ənvər Həsənov burada lentə alınan "Dəli Kür", "Uşaqlığın son gecəsi", "Yeddi oğul istərəm", "Bizim küçənin oğlanları", "Dərviş Parisi partladır", "Babək", "Arxadan vurulan zərbə" və ümumilikdə 50-dən artıq filmdə bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.

Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan aktyor eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi fəaliyyət göstərib.

Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətkar 2000-ci ildə "Əməkdar artist", 2018-ci ildə "Xalq artisti" fəxri adlarına, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Ənvər Həsənovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin", - nazirlikdən əlavə olunub.

# 1836 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər