Nazir müavini Musiqili Teatrın kollektivi ilə görüşdü

Nazir müavini Musiqili Teatrın kollektivi ilə görüşdü
27 oktyabr 2021
# 18:39

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ilə görüşüb.

Kulis.az xəbər verir ki, 8 Noyabr – Zəfər bayramı münasibətilə çoxsaylı kollektivin qarşısında duran mühüm vəzifələrdən, 44 günlük qələbə soraqlı döyüşlərin qəhrəmanları – ölməz şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq salnaməsindən, Müzəffər Ali Baş Komandanımızın tarixi şücaətindən sənət adamlarına ətraflı danışan nazir müavini “yenilməz xalqın qüdrətli də mədəniyyəti olmalıdır” fikrini önə gətirərək son vaxtlar Mədəniyyət Nazirliyinin gördüyü işlər barədə məlumat verib.

Elnur Əliyev ölkə Prezidentinin Sərəncamı ilə tarixə çevrilən “Nizami Gəncəvi İli”nin ölkəmizdə və onun hüdudlarından çox uzaqlarda belə qeyd olunmasının vətənimiz üçün nə qədər əhəmiyyətli bir hadisə olduğu barədə söhbət açıb. Teatr cameəsinin pandemiya dövründən sonrakı fəaliyyətinin nə qədər məsuliyyətli bir zamana gəlib çatdığını vurğulayan E.Əliyev iki ilə yaxın bir müddətdə teatrdan ayrı düşən tamaşaçıların yenidən teatrlara cəlb edilməsi, repertuar siyasətində tarixi Qələbəmizə həsr olunmuş əsərlərin, xalqı düşündürən, onları narahat edən, günümüz üçün aktual olan mövzuların daha geniş miqyasda yer alacağının vacibliyi barədə danışıb.

Tarixi qələbəmizdən bəhs edən əsərlərin istər ölkə daxilində, istərsə də xaricdə təqdim olunması məsələsi də müzakirə olunub. Görüşdə çıxış edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Xalq artistiləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artist Əkbər Əlizadə müzakirə olunan məsələlər barədə öz fikirlərini bildiriblər.

Nazir müavini, eyni zamanda, teatrın xor, balet truppalarının, orkestr heyətinin, eləcə də aktyorların ifasında Zəfər Gününə həsr olunmuş rejissor Samir Qulamovun quruluşunda “Bir nəfəs qədər” tamaşasının məşqlərini izləyib, sənət adamları ilə ətraflı səmimi söhbətlər aparıb. Nazir müavini teatrın texniki - istehsalat sahəsi, ayrı-ayrı sexlərin fəaliyyəti ilə də tanış olub.

# 2720 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər