Naibə Allahverdiyeva: “Ayağımın ağrısından dayana bilmirəm”

Naibə Allahverdiyeva:  “Ayağımın ağrısından dayana bilmirəm”
13 sentyabr 2023
# 16:20

“Ayağımın ağrısından dayana bilmirəm. Çox çətin və ağır günlər yaşayıram”.

Kulis.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva bildirib.

İki il əvvəl çəkilişlərin birində ayağı sınan 60 yaşlı aktrisa ağrılarının daha da artdığını deyib

“Bir neçə il əvvəl İTV-nin çəkilişlərinin birində dağın başında ayağımdan çox ciddi zədə aldım. Topuğum zədələndi. İki gün o ağrı ilə orada qaldım. Bakıya gəldim, kəskin ağrılarıma görə həkimə müraciət etdim. O isə başısoyuqluq etdi. Zamanında həkimlər düzgün müdaxilə etsəydilər, ayağım bu hala düşməzdi”.

Sənətçi səhhəti ilə bağlı Türkiyəyə üz tutsa da, heç bir nəticə olmayıb:

“Ağrılarım çoxaldı və gəzməyimdə ciddi problemlər yarandı. Türkiyəyə gedib həkimlərə müraciət etdim. Dedilər ki, bir çarə var, o da ki topuğunuzu dondurmaq. Belədə nəinki gəzməyim, ayaq üstə durmağım məhdudlaşacaq.

Bu əməliyyata əsla razı olmaram. Çünki mən aktrisayam. Səhnədə gəzirəm, qaçıram, lazım olanda hoppanıram. Bu, mümkünsüzdür. Həkim mənə müxtəlif dərmanlar yazdı. Onları qəbul etdim. Dörd ay müalicə alsam da, bir xeyri olmadı, ağrılarım azalmadı”.

Aktrisa vurğulayıb ki, qəbul etdiyi ağrıkəsicilərə görə mədəsində də problemlər yaranıb:

“Türkiyədən sonra Bakıya gəldim, yenidən həkimə müraciət etdim. O da mənə ağrıkəsici preparatlar qəbul etməyi məsləhət gördü. İnanın ki, o dərmanları içməkdən artıq mədəm ağrıyır. “Şıx sanatoriya”ya getdim ki, müalicə alım, az da olsa, ağrılarım azalsın. Amma ora getdikdən sonra ağrılarım daha da çoxaldı”.

N.Allahverdiyeva hazırda özünü çox pis hiss etdiyini deyib:

"4-5 aydır ki, səhhətimdə yaranan problemlərlə əlləşirəm. Maraqlanmışam, deyirlər ki, bəlkə, ayağına çarəni İsraildə tapa bilərsən. Çünki oranın səhiyyə sistemi çox güclüdür. Ora getməyi düşünürəm. Rusiya və Türkiyəyə dəfələrlə getsəm də, dərdimə çarə tapılmadı”.

# 2266 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər