Mütiliklə sədaqəti qarışdırma...- Günün şeiri

Mütiliklə sədaqəti qarışdırma...- Günün şeiri
12 avqust 2025
# 10:45

12 avqust Xalq şairi Qabilin dünyaya gəldiyi gündür.

Kulis.az bu münasibətlə şairin "Qarışdırma" şeirini təqdim edir.

Kobudluqla cəsarəti qarışdırma.

Yaltaqlıqla nəzakəti qarışdırma.

Mütiliklə sədaqəti qarışdırma.

Lovğalıqla ləyaqəti qarışdırma.

Tərs damarla dəyanəti qarışdırma.

Dəlibaşla şücaəti qarışdırma.

Tülkülüklə fərasəti qarışdırma.

Düşmənliklə rəqabəti qarışdırma.

Qızğınlıqla hərarəti qarışdırma.

Kef-damaqla səadəti qarışdırma.

Uydurmayla rəvayəti qarışdırma.

Xəsisliklə qənaəti qarışdırma.

Xata ilə cinayəti qarışdırma.

İsraf ilə səxavəti qarışdırma.

Küsü ilə küdurəti qarışdırma.

Zorbalıqla əzəməti qarışdırma.

Girov ilə əmanəti qarışdırma.

Güzəşt ilə bəraəti qarışdırma.

Hikkə ilə qətiyyəti qarışdırma.

Əsarətlə himayəti qarışdırma.

Məzlumluqla nəcabəti qarışdırma.

Yaxınlıqla məhəbbəti qarışdırma.

Yuyunmaqla qüdsiyyəti qarışdırma.

Mərtəbəylə ülviyyəti qarışdırma.

Daha nəyi... daha nəylə qarışdırma.

Tükü-tükdən ayır səylə, qarışdırma.

Aman... aman!!! Qarışdırma!

Heç bir yerdə,
Heç bir zaman
Qarışdırma!

# 1249 dəfə oxunub

Oxşar xəbərlər

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

18:33 9 sentyabr 2026
Firuzə İbadovanın son vəziyyəti - Qızından açıqlama

Firuzə İbadovanın son vəziyyəti - Qızından açıqlama

18:00 9 sentyabr 2026
“Snoop” filminin yayım tarixi açıqlandı

“Snoop” filminin yayım tarixi açıqlandı

16:30 9 sentyabr 2026
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan tutuldu

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan tutuldu

16:19 9 sentyabr 2026
Məşhur pilotun həyatı ekranlaşdırılacaq

Məşhur pilotun həyatı ekranlaşdırılacaq

16:00 9 sentyabr 2026
Xalq artisti Aleksandr Şarovski dəfn edildi - Yenilənib

Xalq artisti Aleksandr Şarovski dəfn edildi - Yenilənib

15:50 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər