“Mosfilm”in “qızıl” onluğu açıqlandı

“Mosfilm”in “qızıl” onluğu açıqlandı
31 yanvar 2024
# 13:00

Aleksandr Serovun “Uğur centlmenləri” və Leonid Qaydayın “Brilyant əl”, “I” əməliyyatı və Şurikin başqa macəraları” filmləri “Mosfilm” kinostudiyasında çəkilən ən yaxşı filmlər elan edilib.

Kulis.az xəbər verir ki, bu barədə 100 illiyi tamam olan “Mosfilm”dən bildirilib.

Yubiley münasibətilə “Mosfilm. Qızıl kolleksiya” telekanalının redaksiyası aparıcı nəşrlərin və xidmətlərin tamaşaçı və ekspert rəyləri əsasında sorğu keçirib. Sorğuda lider “Uğur centlmenləri” komediyası olub.

Bu ekran əsərinin ssenari müəllifləri Viktoriya Tokareva və Georgi Daneliyadır. “Uğur centlmenləri” filmi 1972-ci ildə prokat lideri olub, ona 65 milyon insan baxıb.

Studiyanın “qızıl” reytinqində ikinci və üçüncü yerləri Leonid Qaydayın “Brilyant əl”, “I” əməliyyatı və Şurikin başqa macəraları” filmləri tutub. Dördüncü yerdə rejissor Leonid Qaydayın daha bir filmi – “İvan Vasilyeviç peşəsini dəyişir” yer alıb. Ekran əsəri Mixail Bulqakovun “İvan Vasilyeviç” pyesinin motivləri əsasında çəkilib.

Növbəti yeri Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filmi tutub. Film 1981-ci ildə “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Siyahıda sonra Leonid Qaydayın daha bir filmi – “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, Mixail Kalatozovun “Durnalar uçur” (1958-ci ildə Kann kinofestivalında “Qızıl palma”ya layiq görülüb) və Sergey Eyzenşteynin “Potyomkin zirehlisi” də yer alıb. Doqquzuncu yerdə Yuri Çulyukinin “Qızlar” və Eldar Ryazanovun “İşdə məhəbbət macərası”, onuncu yerdə isə Elem Klimovun “Get və bax” dramatik ekran əsəri qərarlaşıb.

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər