Məşhur sənədli film ustası vəfat etdi

Məşhur sənədli film ustası vəfat etdi
28 mart 2023
# 10:00

Kinorejissor, yazıçı və ekoloq Vasili Solkin ağır xəstəlikdən sonra 64 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bəbirlər ölkəsi” FGBU-nun kollektivi onun vəfatı ilə bağlı dərin kədər hissi keçirir. O, özündən geriyə qiymətli publisistik, ədəbi irs qoyub”, - deyə “Lopard Land of Leopard” Milli Parkının mətbuat xidmətindən bildirilib.

Solkin həyatını Primorsk diyarının təbiətinin öyrənilməsinə, qorunmasına həsr edib, 20 ildən çox müddət ərzində eyniadlı jurnal və zoologiya və təbiətin mühafizəsi mövzusunda sənədli filmlər hazırlayan "Taiga çağırışı" media holdinqini yaradıb.

Solkin Amur bəbirini videoya çəkən ilk insanlardan biri olub. Onun “Xallı ailə” sənədli serialının sayəsində tamaşaçılar Uzaq Şərq bəbirləri ailəsinin həyatını bir neçə gün müşahidə etmək imkanı əldə ediblər.

Solkin həmçinin vəhşi təbiəti haqqında "Həyat karuseli" sənədli filmini çəkib. Primoryenin təbiəti haqqında bir neçə kitab, o cümlədən "Sonuncu Robin Qud" hekayələr toplusunu nəşr edib.

Умер защитник природы Василий Солкин

# 3268 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər