Məşhur qrup mahnılarını süni intellektlə yazacaq

Məşhur qrup mahnılarını süni intellektlə yazacaq
16 may 2023
# 18:50

Musiqidə süni intellektin istifadəsi müzakirə mövzusu olsa da, İngiltərənin məşhur “Pet Shop Boys” qrupu süni zəkadan istifadə edərək yarımçıq mahnılarını bitirə biləcəklərini açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, qrupun bu fikri süni intellektin musiqi sənayesində iş yerlərinin itirilməsinə və tənəzzülünə səbəb olacağı üçün tənqid edilib.

Keçən ay Universal Music Group süni şəkildə yaradılmış mahnını müəllif hüquqlarının pozulmasına görə onlayn yayım platformasından çıxarıb.

Bununla belə, texnologiyanın musiqidə yeri olduğunu iddia edən dünyaca məşhur İngilis pop ikonu Pet Shop Boys müzakirələrə qoşulub.

Qrupun əsas müğənnisi Nil Tennant süni intellektin bəzən boşluğu doludura bildiyini deyib. Tennant və qrup yoldaşı Kris Lov bu yay "Dreamworld" adlı Avropa turuna hazırlaşdıqları üçün yeni texnologiya axtardıqlarını bildiriblər. Yeni texnologiyalardan istifadə etməkdən çəkinməyən musiqiçi duet ideyalarına görə, İsveçin əfsanəvi pop qrupu ABBA-dan təsirləndiklərini bildirib.

Xatırladaq ki, qrup köhnə obrazları ilə yaratdıqları avatarları ilə virtual konsert verib. "Abba Voyage" adlı avatar konsert layihəsi ilə qrup 2022-ci ildə Londondakı Queen Elizabeth Olimpiya Parkında pərəstişkarları ilə görüşüblər. ABBA 2024-cü ilin yanvar ayına qədər səhnəyə çıxmadan virtual konsertlərini avatar şəkilləri ilə davam etdirəcək.

Pet Shop Boys mahnılarını süni intellektlə yazacaq - 1

# 2511 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər