Məşhur prodüser 146 il həbs cəzası aldı - Səbəb

Məşhur prodüser 146 il həbs cəzası aldı - Səbəb
30 oktyabr 2025
# 17:15

Prodüser Devid Pirs iki qadının ölümü və zorlamada təqsirli bilinərək 146 il həbs cəzasına məhkum edilib.

Kulis.az xəbər verir ki, hökmü Los-Anceles dairə məhkəməsi elan edib.

Məhkəmə Pirsin 24 yaşlı aktrisa və model Kristi Cayls, həmçinin 26 yaşlı meksikalı dizayner Hilda Marsela Kabrales-Arsolanın ölümünə səbəb olduğunu təsdiqləyib.

İstintaq materiallarına əsasən, hadisə 2021-ci ilin 13 noyabrında baş verib. Qadınlar prodüserlə anbar tipli bir məkanda tanış olub, daha sonra onun Beverli-Hillzdəki evinə gediblər. Pirs onlara fentanil və GHB kimi maddələr verib.

Məhkəmədə təqdim olunan sübutlar cinayətlərin zorakı yolla törədildiyini üzə çıxarıb. Pirsin DNT izləri hər iki qurbanın bədənində aşkarlanıb.

Hadisədən sonra qadınlar maskalı şəxslər tərəfindən Los-Ancelesdəki xəstəxanaların qarşısına atılıb. Kabrales-Arsola ilkin olaraq reanimasiyaya yerləşdirilsə də, 11 gün sonra, doğum günündən bir gün əvvəl dünyasını dəyişib.

Pirsin vəkilləri qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. Bununla belə, məhkəmənin qərarına əsasən, prodüser 146 il müddətinə azadlıqdan məhrum edilib və şərti azadlığa buraxılma hüququndan məhrumdur.

# 1354 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər