“Mənim hüquqlarım” adlı tədbir keçirildi

“Mənim hüquqlarım”  adlı tədbir keçirildi
5 noyabr 2024
# 13:55

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 saylı Uşaq Evi Sosial Xidmət müəssisəsinin şagirdlərinin iştirakı ilə “20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” nə həsr olunmuş “Mənim hüquqlarım” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, kitabxananın direktoru tədbiri açıq elan edib və “Ümumdünya Uşaq Hüquqları” haqqında geniş məlumat verib.

Uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir. Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Ölkəmizdə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmiş və ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.

Tədbirin davamında kitabxananın əməkdaşı uşaqlara mövzu ilə bağlı prezentasiya təqdim edib. Təqdimat zamanı şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Sonra isə məktəblilərlə interaktiv sual-cavab sessiyası keçirilib, şagirdlər hüquq və vəzifələri haqqında fikirlərini bildiriblər.

Tədbirin məqsədi uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaq, uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının artırılmasıdır.

Uşaqların maariflənməsi sağlam cəmiyyətin təməlini inşa etməkdir.

Sonda məktəblilər kitabxana ilə tanış olub və onlara “Göy qurşağı“ uşaq jurnalı hədiyyə olunub.

# 2614 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər