"Mən burda yaxşıyam, sən də yaxşı ol" - Salyanda Həsən Kürün xatirəsi anılıb

"Mən burda yaxşıyam, sən də yaxşı ol" - Salyanda Həsən Kürün xatirəsi anılıb
29 oktyabr 2025
# 14:40

Salyan Mərkəzləşdirilmiş Kitabxana Sistemi və "Ana Kür" ədəbi məclisinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, gənc şair Həsən Kürün xatirəsinə həsr olunan "Mən burda yaxşıyam, sən də yaxşı ol" adlı ədəbi-bədii gecə keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Şamxal Əhmədov, Salyan rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimli, şair-publisist Zabil Pərviz, "Ana Kür" ədəbi məclisinin sədri, şair Firdovsi Sarvanlı, ARB Televiziyasının əməkdaşı, rejissor Kürçaylı Məmmədov, Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva və başqaları çıxış edərək, Həsən Kürün yaradıcılığından, kitabxanada yaratdığı "Xəlil Rza Ulutürk" dərnəyinin fəaliyyətindən söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər: "Həsən Kürün vətən eşqi, torpaq sevgisi uşaq yaşlarından özünü göstərib, o, hələ həmin dövrdən şeir yazmağa başlayıb. Şeirlərinin böyük bir hissəsi vətənpərvərlik mövzusunda olub. Onun vətənpərvərlik hisslərinin formalaşmasında I Qarabağ müharibəsində şəhid olmuş dayısı Abbas Həsənov mühüm rol oynayıb. Bu hadisə gənc Həsənin dünyagörüşünə dərin təsir göstərib və onu gələcəkdə Vətən uğrunda mübarizəyə qoşulmağa ruhlandırıb. O, 2016-cı ildə aprel döyüşlərinə könüllü yazılıb, daha sonra 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində iştirak edib".

Qeyd edək ki, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

# 1309 dəfə oxunub

Oxşar xəbərlər

Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər