Məhəmməd Nurinin tərcüməsində: Mana Ağayinin "Gecə monoloqu" toplusu

Məhəmməd Nurinin tərcüməsində: Mana Ağayinin "Gecə monoloqu"  toplusu
19 fevral 2026
# 10:25

İran mühacirət poeziyasının istedadlı nümayəndəsi, əslən qaşqay türkü olan Mana Ağayinin "Gecə monoloqu" seçmə şeirlər toplusu Azərbaycan Yazıçılar Birliyinin "Beyt Poetry" seriyasında gənc ədəbiyyatşünas, tərcüməçi Məhəmməd Nurinin fars dilindən tərcüməsində işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabın redaktoru və ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğludur.

Mana Ağayi 1973-cü ildə İranda, Buşehr liman şəhərində dünyaya gəlib. 1987-ci ildən Stokholmda yaşayır.

Şairənin indiyədək üç şeir kitabı – "Ölümdə sənin dodaqların olsaydı" (2003), "Özümün oğlu İsayam mən" (2007) və "Qış mənim sevgilimdir" (2012) məcmuələri işıq üzü görüb.

"Yıllar sonra" adlı toplusu 2024-cü ildə Türkiyədə çap olunub. Şeirləri ingilis, alman, isveç, çex və fransız dillərinə tərcümə edilib, müxtəlif antologiyalarda yer alıb.

***

Mənim şeirlərim iddiasız və sadədir
su üzərindəki dairələr misalı
və vəznsizdir yaz çiçəkləritək.
Buna rəğmən yazarkən onları
yüngülləşirəm,
elə bil yük qoymuşam yerə.

Mana Ağayi

# 1496 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər