Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatdı

Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatdı
30 noyabr 2023
# 14:45

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun noyabrın 30-da sonuncu panel sessiyası gerçəkləşib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatoru ilə keçirilən panel "Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi" mövzusuna həsr olunub.

Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova “Yaradıcı həftə”nin və bu layihə çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun əhəmiyyətini vurğulayıb. Deyib ki, Azərbaycanın tarixi “İpək Yolu”nun üzərində yerləşməsi, yeniliklərə hər zaman açıq olması, müxtəlif coğrafiya və mədəniyyətləri özündə birləşdirməsi xalqımızın yüksək yaradıcı potensialını şərtləndirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəni yaradıcı sənayenin inkişaf etdirilməsi, onun ÜDM-də payının artırılması kimi məsələlər də əksini tapıb.

Strategiyada nəzərdə tutulan hədəflərə çatmaq üçün nazirlikdə yaradıcı sənayelər üzrə işçi qrupu formalaşdırılıb. Qrupun dəstəklənməsi üçün digər dövlət qurumları tərəfindən nümayəndələr müəyyən edilib. İl ərzində 5 yerli təhsil proqramına start verilib və bu məqsədlə edu.creative.az informasiya resursu yaradılıb. Hazırda yaradıcı təhsil üzrə təqaüd proqramı və yerli sənaye subyektlərinin elektron kataloqu hazırlanır. Həyata keçirilən tədbirlər əsasən yeni yaradıcı məhsulların hazırlanmasına yönəlib. Başlıca məqsəd ölkədə sənaye zəncirinin reallaşmasına şərait yaratmaq, yaradıcı sənaye məhsullarının regional və beynəlxalq müstəviyə çıxmasına nail olmaqdan ibarətdir. Bu istiqamətdə düzgün metodoloji çərçivənin hazırlanmasında və statistik göstəricilərin formalaşmasında digər müvafiq dövlət qurumlarının dəstəyinə ehtiyac var.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədr müavini Samir Hümbətov agentliyin kreativ sənaye sahəsində fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, yaradıcı sənayenin inkişafı istiqamətində KOBİA çoxşaxəli fəaliyyət göstərir. Ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması önəm kəsb edir.

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli yaradıcı sənayedə əqli mülkiyyətin rolu, bu sahənin idarə edilməsi barədə fikirlərini bölüşüb. O, son illər bu istiqamətdə ölkəmizdə uğurlu islahatlar aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması, sektorun ixrac potensialının artırılması, kreativ məhsulların ölkə xaricinə çıxarılması üçün lazımi köməklik göstərilir. Bu prosesdə davamlı inkişaf üçün dövlət və özəl əməkdaşlığı əhəmiyyətlidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini Rəşad Hüseynov yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması barədə danışıb.
Panel sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər barədə fikir mübadiləsi aparılıb.

Bununla da Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb.

# 797 dəfə oxunub

Oxşar xəbərlər

“Məhəmməd Peyğəmbərin həyatı”  kitabı nəşr olunub

“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunub

18:40 14 oktyabr 2024
"100 möhtəşəm marketinq məsləhəti" çap olundu

"100 möhtəşəm marketinq məsləhəti" çap olundu

15:14 14 oktyabr 2024
Fərqanə Qasımova:  "Haqqımı heç vaxt onlara halal etmirəm"

Fərqanə Qasımova: "Haqqımı heç vaxt onlara halal etmirəm"

14:45 14 oktyabr 2024
Farah Zeynep Abdullahdan Nur Sürerə "Yılmaz Güney" reaksiyası

Farah Zeynep Abdullahdan Nur Sürerə "Yılmaz Güney" reaksiyası

14:13 14 oktyabr 2024
Gəncə Dövlət Filarmoniyasında Gülüstan Əliyevanın konserti keçiriləcək

Gəncə Dövlət Filarmoniyasında Gülüstan Əliyevanın konserti keçiriləcək

13:13 14 oktyabr 2024
“Səhra savaşı”  romanı yenidən işıq üzü gördü

“Səhra savaşı” romanı yenidən işıq üzü gördü

13:10 14 oktyabr 2024
#
#
# # #