Mədəniyyət Universitetindəki mədəniyyətsizlik - Foto

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

7 yanvar 2022
# 11:50

Kulis.az Vüqar Babazadənin “Mədə niyyətli olmaq, yoxsa mədəniyyətli olmaq?” yazısını təqdim edir.

İkinci kursun semestr imtahanları idi. Dekan anidən imtahan otağına girib (indi girməsin), əlində tutduğu siyahıdan qrupumuzdakı uşaqların adlarını oxumağa başladı. Siyahıda mən də var idim. Adlar bitəndən sonra, sərt şəkildə dedi:

– Bu uşaqlar illik ödənişləri gecikdirdiyi üçün imtahana buraxılmırlar.

Dəqiq yadımda deyil hansı fənn idi. Amma hazırlaşmışdım. Çox yalvar-yaxar elədik, dekan razılaşmadı. Beləcə imtahana buraxılmadıq və həmin fənndən kəsildik. Bundan sonra mən də həvəsdən düşdüm və silsilə şəkildə çoxlu kəsirlərim olmağa başladı.

Bu gün sosial şəbəkələrdə gəzişəndə qarşıma bir şəkil çıxdı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının qalanını ödəməyən tələbələrin adları bir kağıza yazılaraq, təhsil ocağının divarlarından asılır, elə bil ibrəti-aləm üçün nümayiş olunur. Yadıma həmin mənasız, qayğılı tələbəlik illəri gəldi, xatirələrim canlandı. Həqiqətən düz deyirlərmiş, insanın bir şeyi başa düşməyi üçün onu yaşamağı lazımdır.

Əvvəlcə onu qeyd etmək istəyirəm ki, ölkəmizdə ödənişli ali təhsil almaqdansa, gedib Polşada, nə bilim Türkiyədə tam faizsiz, ilkin ödənişsiz, komissiyasız, tək şəxsiyyət vəsiqəsi ilə, yalnız attestatla təhsil almaq min dəfə yaxşıdır.

Ada bir baxın. Mədəniyyət Universiteti. Mədəniyyətin ən ali məkanı olan bu təhsil ocağında niyə belə hərəkətlər edirlər? Bəlkə, bu sovet təfəkküründən qalma beyinlər, ifşa etməklə, tələbəni aşağılamaqla, alçatmaqla, əllərində imkan olsa döyməklə hər şeyin düzələcəyini zənn edirlər? Bu cür hallar niyə Mədəniyyət Universitetində baş verir?

O uşaqlar bu hərəkətdən sonra necə dərs oxuyacaqlar? Necə mədəniyyətin alisinə yiyələnəcəklər?

Siyahının görünən hissəsində əsasən rejissorluq və aktyorluq fakültələrinin tələbələri var. Bəlkə, həmin siyahıda Azərbaycanda son yüz ilin ən yaxşı rejissor və aktyorları yetişəcək? Nə bilmək olar? Niyə gənclərin həvəslərini, enerjilərini yarımçıq kəsirsiz? Niyə 2000-3000 manata görə ölkədəki sənət və mədəniyyət inkişafının qarşısını alırsız?

Belə edəndə, əlinizə nə keçəcək? Sizin problem həll etmə metodunuz budurmu?

Görünür, Azərbaycandan düz-əməlli bir film, aktyor, rejissor çıxmamağının günahkarı elə Mədəniyyət və İncəsənət Universitetinin köhnəlmiş beyinləridir?

Tələbələri niyə alçaldırsız? Ödənişi verə bilmir, buraxma imtahana, qaib yaz, limitdən kəs, valideyninə xəbərdarlıq et. Nə bilim, nə etmək lazımdırsa, prosedur necədirsə, elə et. Amma bu edilən hərəkət səviyyəsizlikdən və mədəniyyət ocağının ən alisində də insanların mədəniyyətsizliyindən xəbər verir. Bu haqqı sizə kim verib ki, bir tələbəni, fərdi, insanı psixoloji şiddətə məruz qoyasız?

Oradakı tələbələr əlbəttə sizə heç nə deyə bilməyəcək. Tələbənin adını divara yazıb asmaqla nə baş verəcək ki? Ödənişlərmi ödəniləcək? Ay-hay!

Tələbə sözünün mənası tələb edən deməkdir. O tələb etməlidir. Ümumiyyətlə, universitet rəhbərliyinin tələbədən ödəniş tələb etməsi həmişə mənə absurd bir şey kimi görünüb. Tələbə onsuz da, o illiyi verə bilməyəcək. Boş yerə belə vandallıq etməyin nə mənası var? Valideyninə xəbər et, gəlsin, bir çıxış yolu qoyun.

Bu hərəkətlərdən sonra əlinizə nə keçəcək? Pul?

Mədə niyyətli yox, mədəniyyətli olmaz lazımdır.

Mədəniyyət öyrədin ki, özünüz də mədəniyyət görün. Yoxsa belə barbar hərəkətlərə heç yerə çıxa bilməyəcəyik və bundan sonra da ölkəmizdən nə bir rejissor çıxacaq, nə aktyor çıxacaq, nə də ki normal bir film. Çünki hamısı illik ödənişlərə görə ifşa olunub, ruhdan salınacaqlar.

# 4773 dəfə oxunub

Oxşar xəbərlər

"Lənətli kitab"  açıqlacaqmı?

"Lənətli kitab" açıqlacaqmı?

10:11 18 aprel 2024
"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
# # #