Mədəniyyət Nazirliyinin balansındakı tarixi teatr binası talan edilib -Təfərrüat

Mədəniyyət Nazirliyinin balansındakı tarixi teatr binası talan edilib -Təfərrüat
1 noyabr 2022
# 18:20

Kürdəmir rayonunda Nizami Gəncəvinin adını daşıyan kinoteatrın binası qəzalı vəziyyətə düşüb.

Kulis.az xəbər verir ki, bir vaxtlar rayon sakinlərinin asudə vaxtlarını səmərəli keçirdiyi yeganə məkan olmuş bu bina hazırda dağılmış və bərbad vəziyyətdədir. İllər əvvəl şəhər sakinlərinin sevdiyi film və tamaşaların nümayiş olunduğu, onların bilet üçün uzun-uzadı növbələrə durduğu bu bina hazırda tərk edilmiş və talan edilmiş bir xarabalığı xatırladır. Klassik memarlıq üslubunda birtipli layihə əsasında inşa edilmiş və 250 tamaşaçı yeri olan bu kino müəssisəsi vaxtilə şəhərin görünüşünə də xüsusi gözəllik bəxş edib. İndi baxımsız qalan kinoteatr nə az, nə çox - düz 32 il tamaşaçılara xidmət edib. Amma 1992-ci ildə müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb.

Teatrda çəkiliş aparan zaman məlum olub ki, binanın qapı-pəncərələri sökülüb, teatrın zalındakı oturacaqlar və tamaşaların işıqlandırılması üçün istifadə olunan böyük çilçıraqlar isə artıq yoxdur. Sakinlər deyirlər ki, teatrın illər öncə fəaliyyətini dayandırmasından sui-istifadə edən işbazlar bura aid olan əşyaları və inventarları oğurlayaraq mədəniyyət ocağını talan ediblər.

Vaxtilə kinoteatrın daimi tamaşaçılarından olan yaşlı nəslin nümayəndələri bildiriblər ki, teatrın bərpası, əvvəlki görkəmə qaytarılması və istifadəyə verilməsi olduqca vacibdir. Onların sözlərinə görə, teatr gənc nəslin yetişməsində, mədəniyyətimizin inkişafında mühüm rol oynayıb.

Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev bildirib ki, Nizami kinoteatrının binası istismar müddətindən artıq işlənib və onun yenidən qurulmasına ehtiyac var. Onun sözlərinə görə, Nizami kinoteatrı təmsil etdiyi qurumun balansındadır:

“Bu gün binadan istifadə etmək mümkün deyil. Teatr sovet dövründə əhaliyə kino xidməti göstərməsi üçün tikilmiş yeganə kino müəssisəsidir və uzun illər istismar olunub. 1991-1992-ci illərdə AXC-Müsavat hakimiyyəti dövründə həmin binada görülmüş işlər dayandırılıb və bina əslində tar-mar olunaraq sıradan çıxarılıb. Sonralar binanın bərpası istiqamətində heç bir addım atılmayıb. Amma bu gün binanın əsaslı təmirinə və yenidən qurulmasına ehtiyac var”.

İdarə rəisi vurğulayıb ki, bu yaxınlarda binanın yenidən qurulması ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət olunub və məsələyə müsbət cavab verilib:

“Nazirlikdən dəvət olunmuş rəsmi şəxslər tərəfindən binaya baxış keçirilib. Çox güman yaxın vaxtlarda binanın əsaslı şəkildə yenidən qurulması məsələsi gündəmə gətiriləcək və müəssisə öz təyinatı üzrə istifadə üçün əhalinin istifadəsinə veriləcək”.

Qeyd edək ki, Kürdəmir rayonunda Nizami Gəncəvi adına kinoteatr 1960-cı ildə istifadəyə verilib. O vaxtdan bu kino müəssisəsi rayon sakinlərinin, kiçikdən böyüyə hamının ən sevimli məkanına çevrilib. Kinoteatr fəaliyyətə başlayan vaxtdan hər gün burada dörd seans olmaqla yerli və xarici filmlər nümayiş olunub, eləcə də müxtəlif tamaşalar göstərilib.

Report.az

# 3370 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər