Lokarno Film Rezidensiyası qəbul elan edir

Lokarno Film Rezidensiyası qəbul elan edir
20 may 2025
# 09:05

78-ci Lokarno Kino Festivalı yaradıcı fəaliyyətə yeni başlayan kinematoqrafçılar üçün yeni fürsət təklif edir.

Kulis.az xəbər verir ki, festival çərçivəsində keçirilən Lokarno Film Rezidensiyası (Locarno Film Residency) ilk tammetrajlı filmlərini çəkməyə hazırlaşan və layihələri inkişaf mərhələsində olan kinematoqrafçıların qəbulunu elan edib.

Proqramın birinci mərhələsində müraciət edənlərin arasından 10 iştirakçı seçilərək 6-9 avqust tarixlərində baş tutacaq festivala dəvət olunacaq. Seçilmiş iştirakçılar festival müddətində üç nəfərdən ibarət münsiflət heyəti ilə öz layihələrini müzakirə etmək imkanı qazanacaqlar. Daha sonra münsiflərin rəyləri əsasında ikisi beynəlxalq, biri İsveçrədən olmaqla üç layihə seçiləcək.

Layihə debüt tammetrajlı film üzərində işləyənlər üçün nəzərdə tutulub, müraciətlər iyunun 3-nə qədər qəbul olunur.

İlk əyani görüş qış aylarında Venesiyada, ikinci görüş 2026-cı ilin aprelində Fransanın Arl şəhərində keçiriləcək. Qaliblərin bütün xərcləri Lokarno Film Rezidensiyası tərəfindən qarşılanacaq.

Proqramın sonunda qalib gələn layihə 79-cu Lokarno Kino Festivalında 5 min CHF (təxminən, 10 min manat) pul mükafatı ilə təltif ediləcək.

Qəbul şərtləri:

1. Proqrama yalnız inkişaf mərhələsində olan layihələr qəbul olunur;

2. Yaş həddi: 40 yaşa qədər;

3. Müraciət edənlərin portfoliosunda minimum bir qısametrajlı bədii və ya sənədli film olmalıdır;

4. İştirakçı ingilis dilində sərbəst danışmalıdır.

# 1626 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

12:00 25 oktyabr 2026
Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər