Kuklaçıların yeni mövsümü

Kuklaçıların  yeni mövsümü
19 sentyabr 2023
# 11:02

Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 15-də - Bilik günündə 92-ci mövsümünü açıq elan edib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, ilk günü özləri və balaca tamaşaçıları üçün daha da yaddaqalan etmək istəyən yaradıcı heyət “Melisa” adlı tamaşanı teatrsevərlərin ixtiyarına verib.

Premyerada azyaşlılarla yanaşı Azərbaycan uşaq ədəbiyyatının tanınmış təmsilçiləri, sahə üzrə mütəxəssislər də iştirak ediblər.

Yazıçı Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.

Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.
Rəngarəng səhnə həlli - dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın hakim olduğu uşaq tamaşası altı yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. Illər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.

Melisa və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı, Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Çünki Melisa həyatı anladır. Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. O, sadəcə gəlincik deyil, o sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. O əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər.

Tamaşanı ərsəyə gətirənlər də uşaqlara məhz bu sevgi və inamı göstərməyə, onların dünyasına bir də bu yolla daxil olmağa çalışıblar.
Tamaşanın ardınca teatrın nəzdindəki "Oyuq" teatr-studiyası yetirmələrinin ifasında konsert proqramı da təqdim olundu.

# 2443 dəfə oxunub

Oxşar xəbərlər

"Nənələr" folklor qrupu  üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

"Nənələr" folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

12:37 16 oktyabr 2026
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı

12:16 16 oktyabr 2026
Vüqar Zifəroğlu  Mətbuat Şurasının sədri seçildi

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

12:06 16 oktyabr 2026
Qanunlar susanda insanları nə idarə edir? – Cəmiyyətin görünməyən dayaqları

Qanunlar susanda insanları nə idarə edir? – Cəmiyyətin görünməyən dayaqları

12:00 16 oktyabr 2026
İstanbulun  emosional və sosial mənzərəsini araşdıran fotolar dərc olundu

İstanbulun emosional və sosial mənzərəsini araşdıran fotolar dərc olundu

12:00 16 oktyabr 2026
"Blondie" qrupu uzun fasilədən sonra yeni albomunu elan etdi

"Blondie" qrupu uzun fasilədən sonra yeni albomunu elan etdi

11:20 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər