Kuklaçılar festivala gedir

Kuklaçılar  festivala gedir
7 dekabr 2023
# 12:10

Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Türkiyə Cümhuriyyətində keçiriləcək XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalına qatılacaq.

Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Şəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə baş tutacaq festival TÜRKSOY təşkilatının 30 illiyi münasibətilə türkdilli ölkələri bir araya gətirəcək. Buna görə də teatr bayramında türkiyəli kukla və uşaq teatrları təmsilçiləri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan da kuklaçılar iştirak edəcəklər.

11-16 dekabr 2023-cü il tarixlərini əhatə edəcək teatr görüşündə UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) və ona üzv 10-a yaxın aparıcı ölkənin nüfuzlu kukla teatrı mütəxəssisləri də qatılacaq və bu yaradıcılıq istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparacaqlar.
Nüfuzlu teatr festivalında ölkəmizi təmsil edəcək teatr heyəti türkiyəli teatrsevərlərə “Məlikməmməd” tamaşasını göstərəcəklər.

Qeyd edək ki, Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşa uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılayır.

Bildiyiniz kimi, Məlikməmməd məşhur nağıl personajı, cəngavərlik nümunəsidir. Padşahın üç oğlundan biri olan Məlikməmməd igidlik göstərərək divlər ilə mübarizə aparıb həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyilə işıqlı dünyaya çıxır.

Rejissor bu klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqələndirməklə ona əlavələr edərək fərqli prizmadan baxmağa çalışıb.
Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı tamaşa (böyük bəstəkarımız Fikrət Əmirovun əsərlərindən istifadə olunub) ənənəvi kukla üslubunda olsa da quruluşçular orada müasir uşaqlar üçün maraqlı olan elementləri daxil etməyə çalışıblar. Premyerası 30 sentyabr 2022-ci ildə gerçəkləşən tamaşanın müddəti 55 dəqiqədir.

# 1815 dəfə oxunub

Oxşar xəbərlər

Elvis Preslinin 274 mahnısı süni intellektə öyrədilib? -41 milyon dollarlıq məhkəmə iddiası

Elvis Preslinin 274 mahnısı süni intellektə öyrədilib? -41 milyon dollarlıq məhkəmə iddiası

11:00 26 oktyabr 2026
Mikayıl Ruhandın kitabı çap olundu

Mikayıl Ruhandın kitabı çap olundu

10:50 26 oktyabr 2026
Məşhur aktrisa görmə qabiliyyətini itirdi

Məşhur aktrisa görmə qabiliyyətini itirdi

10:40 26 oktyabr 2026
Rusiyalı şoumenin İstanbul konserti ləğv olundu - Səbəb

Rusiyalı şoumenin İstanbul konserti ləğv olundu - Səbəb

10:20 26 oktyabr 2026
Almaz Ələsgərli:  "Həyat yoldaşım sənətdə nəsə etməyimə imkan vermədi" - Müsahibə

Almaz Ələsgərli: "Həyat yoldaşım sənətdə nəsə etməyimə imkan vermədi" - Müsahibə

10:00 26 oktyabr 2026
Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

12:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər