“Kino günü ənənəvi mükafatı”nın qalibləri açıqlandı

“Kino günü ənənəvi mükafatı”nın qalibləri açıqlandı
28 iyul 2022
# 14:08

Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü ənənəvi olaraq mükafatlandırdığı kinematoqrafçıların bu ilki siyahısını açıqlayıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2022-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar təltif olunublar:

İlkin Yusif – “Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə;

Rəşid Ağamalıyev – Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə;

İntiqam Hacılı – Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə diplom və pul mükafatına layiq görülüblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir.

Xatırladaq ki, bu vaxta qədər Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.

# 3240 dəfə oxunub

Oxşar xəbərlər

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

12:53 12 noyabr 2026
Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

12:03 12 noyabr 2026
Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər