Kimsə şeir yazmağı ilə qürrələnə bilməz

Kimsə şeir yazmağı ilə qürrələnə bilməz
9 iyun 2024
# 17:00

Kulis.az Cavanşir Yusiflinin "Hanı şair?" yazısdını təqdim edir.

İnsanın ürəyində, ruhunda elə yerlər, elə nöqtələr olur ki, hətta şair olsan belə, o nöqtələr sonadək susur, nə bir hənir, nə bir səs... O yerin mövcudluğunu insan ömründə bir dəfə hiss edə bilər, sonra dünya boyda unutqanlıq. Bu nə deməkdir?

Ancaq bəzi şairlərdə, o cümlədən, Əli Kərimdə o məqamlar hərdən bu sirri unudub da danışır; bu məqam Fernando Pessoada da aşkardır; Pol Verlendə, Mirzə Şəfi Vazehdə, Rəsul Rzada... və bu da o deməkdir ki, bir şairin böyüklüyünü başqa birisində görə bilməzsən, onda olanları başqa bir şairə transfer edə, köçürə bilməzsən. Məhəmməd Füzuli öz dövründə və elə indiyəcən də nə qədər sıx-sıx istinad edilsə də, Cabbarlı demişkən, əsrlər o planetin ətafında dönüb dolansa da, bu qarşısıalınmaz təsirlə heç kəsi böyütməyib, heç kəsin də boyundan kəsməyib. Yəni, ədəbi təsir başqa, çox fərqli kateqoriya və səviyyəyə aiddir.

Bu mənada, bizdə işlədilən "böyük şair" ifadəsi yerində deyil...

Həm də "anlaşılır", onu yaddaşdan dünyaya verdiyi suallarla birgə qoparıb atmaq üçün adının əvvəlinə "böyük" sözünü artırıb məsələni biryolluq xətm etmək naminə. Cabbarlının şeirlərindəki hava küy deyil, virtual xassəli nəsnədi, onu hiss etmək olar, ona toxuna bilməzsən. Bu havanı duyduqca qəribədi, şeirin səsləndiyini, Cabbarlınınsa susduğunu görərsən. Bu anların əbədiyyət qədər çəkməsi üçün istərsən ki, kimsə gəlib sənin gözlərini bağlasın.

Yollar kənarında pinəçilər var,

Alim təfəkkürlü, şair xəyallı...

Bu bir mərhələdir, kimsə şeir yazmağı, yaxud elmi iş yazmağıyla qürrələnə bilməz, adi gerçəklikdən o atmosferə düşə bilmək üçün o havanı yaratmalısan, bu isə işin ən çətin yeridir, yoxsa, "Aut", "Mən azmaq istəyirəm" kimi mətnlər yarana bilməzdi.

Şairlik həm də və daha çox ətraf mühitlə, rejimlə, siyasi havayla yox, özünlə, ruhuna damanlarla razılaşmamaqdı, hər şeyi Tanrıyla ürəyinin bağlandığı yerdə hiss etməyə məhkum olmaqdı.

Dəli könlüm, nə divanə gəzirsən...

Ürəyin Tanrıya bağlandığı yer ürək deyil (bu nəsnə, könül... hər şeir yazanda olmur...), ruhundakı açılmamış tumurcuqların, o ilahi pıçıltıların köz kimi isti sözlərə çevrilməsidir. Bəzən deyirlər, özü də haqlı yerə deyirlər ki, Vurğun o dövrdə yaşamasaydı, nələr yazardı? Mənasız sorğudu. O, məhz o məşəqqətin içində yaşamalı və könüllü ölümə getməliydi. Şairlik missiyasındakı bu faciəni hamıdan çox, Vurğun anlamışdı. O nəslin şairləri necə bir coşquyla ədəbiyyata gəlmişdilər və necə bir faciəyə tuş gəldilər. Və onların bu faciə içində ölmələri, bada getmələri də insanların ürəyinə su səpmədi. Əslində repressiyaya uğrayanlarla sağ qalanların faciəsi müqayisəolunmaz dərəcədə "eyniydi", onları fikrən bir sapın üstünə yığsaq, hər ikisini yalnız bir an görə bilərsən. Sonra hər şey yanıb külə dönür.

Ağamalı Sadiq Əfəndidə bir şeir vardı, Cavid haqqında:

Bu dünyada bir şair də var idi,

Gülləri heç dəymədi hədəfə...

Şairlərin qismətinə kədər, üzüntü, faciələr düşür. Onlar dünyanın baş meydanından çal-çağırla, qələbə marşı altında keçmirlər.

Amma indi belə bir təhlükə var, yəni təhlükəli istək var.

Hanı şair?

# 6330 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda otura-otura Zəfər romanını necə yazmaq olar, yaxud pioner düşərgəsindən - Reportaj

Bakıda otura-otura Zəfər romanını necə yazmaq olar, yaxud pioner düşərgəsindən - Reportaj

15:00 16 noyabr 2026
Tesla muzeyindən tələbə etirazlarına qədər – Belqradın görünməyən üzü

Tesla muzeyindən tələbə etirazlarına qədər – Belqradın görünməyən üzü

15:00 16 noyabr 2026
Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

Asiyanın ilk Avroviziya qalibi bəlli oldu - 19 yaşlı müğənni tarix yazdı

14:38 16 noyabr 2026
8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

8 Noyabr prospektində yaşanan tıxac müsibəti - ADSEA bir kollektorun təmirini nə vaxt bitirməyi planlaşdırır?

14:30 16 noyabr 2026
Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

Məşhur rəssamın gizlədilən tablosu satışa çıxarılır

14:04 16 noyabr 2026
Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

Qəzza haqqındakı layihə "Ən yaxşı sənədli film" seçildi

13:33 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər