Karlos Fuentesin “Seçilmiş əsərləri” təqdim olundu

Karlos Fuentesin “Seçilmiş əsərləri” təqdim olundu
18 noyabr 2021
# 11:44

Görkəmli Meksika yazıçısı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabının (ADTM) təqdimat mərasimi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, Azərbaycan Milli Kitabxanasında baş tutan tədbiri giriş sözü ilə Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores açaraq Dövlət Tərcümə Mərkəzinin Latın Amerikası ədəbiyyatına ayırdığı diqqətdən, bu istiqamətdə həyata keçirdiyi uğurlu layihələrdən danışıb.

Səfir: “Latın Amerikası ədəbiyyatının tanıdılması istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi dəyərli nəşrlər sırasında Xuan Rulfo, Karlos Fuentes kimi məşhur Meksika yazarlarının əsərləri də mükəmməl bədii tərcümədə Azərbaycan oxucusuna çatdırılıb. Bu nəşrlərin hər biri, istər Azərbaycan, istərsə də Meksika ədəbi mühiti üçün əlamətdar hadisədir. Heç kimə sirr deyil ki, hər bir xalq, onun mənəvi dünyası, ədəbi fikri, fəlsəfəsi haqqında ən geniş təəssüratı məhz onun ədəbiyyatı yaradır. Xalqlar arasında yaxınlıq, qarşılıqlı anlaşma da, məhz bu körpü vasitəsilə – mədəniyyətlər və ədəbiyyatlararası mübadilələr sayəsində qurulur. Və bu gün ölkələri, qitələri bir-birindən uzaq salan məsafə anlayışını dəf etmək, xalqları bir-birinə qovuşdurmaq kimi mühüm bir missiyanın daşıyıcısı məhz ədəbiyyatdır”.

Daha sonra Mərkəzin Elm, təhsil, mədəniyyət idarəsinin rəhbəri, yazıçı Etimad Başkeçid, ədəbiyyatşünas alim, professor Rüstəm Kamal, kitabın tərcümə müəllifi, tanınmış yazıçı Saday Budaqlı, yazıçı Yaşar Əliyev və digərləri çıxış edərək Dövlət Tərcümə Mərkəzinin Latın Amerikası ədəbiyyatına ayırdığı xüsusi diqqətdən, bu ölkələrin aparıcı yazıçı və şairlərinin əsərlərinin tərcüməsini və nəşrini həyata keçirməklə ümumi ədəbi prosesə verdiyi töhfələrdən, Meksika reallığını mifoloji infrastruktur və arxetip sistemlər əsasında yaradan Karlos Fuentesin əsərlərinin müasir dünya və Azərbaycan nəsrinə təsirindən bəhs ediblər.

# 2202 dəfə oxunub

Oxşar xəbərlər

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
İlin ən yaxşı 14 ən kitabı seçildi -  Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

İlin ən yaxşı 14 ən kitabı seçildi - Yeddi kateqoriya üzrə qaliblər açıqlandı

10:38 13 noyabr 2026
Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı:  Van Qoqun tablosu 180 milyona satıla bilər

Nyu-Yorkda 2,4 milyard dollarlıq sənət hərracı: Van Qoqun tablosu 180 milyona satıla bilər

10:14 13 noyabr 2026
Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

10:00 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər