Kanye Uest konserti üçün stadion tikəcək

Kanye Uest konserti üçün stadion tikəcək
4 may 2026
# 09:59

Dünyaca məşhur amerikalı reper Kanye Uest yenidən diqqətləri öz üzərinə çəkməyi bacarıb.

Kulis.az xəbər verir ki, qalmaqallı ulduz bu dəfə Albaniyada verəcəyi konsert üçün xüsusi stadion inşa etdirmək qərarına gəlib.

İlin səs-küylü musiqi hadisələrindən biri olması gözlənilən bu konsert iyulun 11-də Albaniyanın paytaxtı Tiranada baş tutacaq. Əslində, tədbirin əvvəlcə Albaniya milli futbol komandasının ev arenası olan "Eagle" stadionunda təşkili nəzərdə tutulmuşdu. Ancaq həmin məkanın cəmi 22 min 500 nəfərlik tutuma malik olması reperin komandası tərəfindən yetərsiz hesab edilib. Məhz buna görə də şou üçün təxminən 60 min tamaşaçını qəbul edə biləcək müvəqqəti və daha böyük stadionun qurulmasına qərar verilib.

Albaniyanın Mədəniyyət Nazirliyi bu layihəni böyük məmnuniyyətlə qarşılayıb. Nazirlikdən verilən açıqlamada bildirilir ki, belə bir beynəlxalq səviyyəli tədbir ölkəyə böyük turist axını gətirəcək və yerli iqtisadiyyatın canlanmasına ciddi təkan verəcək.

Qeyd edək ki, Tiranadakı bu konsertə giriş üçün xüsusi bir güzəşt də nəzərdə tutulub: Kanye Uestin Avropa turu çərçivəsində ləğv edilmiş şoularına öncədən bilet alan pərəstişkarları həmin biletlərlə bu konsertə iştirak edə biləcəklər.

# 708 dəfə oxunub

Oxşar xəbərlər

Mark Zukerberqi hədəf alan film çəkiləcək

Mark Zukerberqi hədəf alan film çəkiləcək

18:30 27 avqust 2026
Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri Astanada

Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri Astanada

18:20 27 avqust 2026
Tarixi Vilyena xəzinəsi qarət edildi

Tarixi Vilyena xəzinəsi qarət edildi

17:50 27 avqust 2026
Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova

Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? - Lalə Bağırova

17:00 27 avqust 2026
Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq

16:30 27 avqust 2026
İspaniyada pomidor festivalı keçirildi - Fotolar

İspaniyada pomidor festivalı keçirildi - Fotolar

16:00 27 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər