Kamran Qasımov ABŞ-da tədbirdə iştirak etdi

Kamran Qasımov ABŞ-da tədbirdə iştirak etdi
10 avqust 2024
# 10:39

Avqustun 8-də Los-Anceles şəhərində fəaliyyət göstərən Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun illik tərcübə proqramlarını özündə əhatə edən “Summer Networking Night” tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə ABŞ-nın nüfuzlu televiziya xadimləri iştirak edib.

Tədbirdə iştirak edən Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, “Real” Təhlil İnformasiya Mərkəzinin xüsusi müxbiri, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, “Cinema Radio” kanalının rəhbəri Kamran Qasımov, Televiziya Akademiyası Fondunun icraçı direktoru, jurnalist Ann Vask və Akademiyanın digər üzvləri ilə fikir mübadiləsi aparıb. Görüş zamanı qarşılıqlı təcrübələrin öyrənilməsi və müştərək tədris proqramının hazırlanması ilə bağlı razılıq əldə olunub. Qeyd edək ki, Televiziya Sənətləri və Elmləri Akademiyası Fondu il ərzində 3 dəfə təcrübə proqramları təşkil edir. Təcrübə proqramlarında iştirak hüququ qazanan tələbə və məzunlar Disney, Netfliks, ABC, Fox, AMC və digər audiovizual media qurumlarında təcrübə keçərək biliklərini möhkəmləndirir, karyera qurmaq imkanı əldə edirlər. K.Qasımov iki dəfə Kollec Televiziya Mükafatlarında, dörd dəfə isə tərcübə proqramlarında münsiflər heyətinin üzvü olub.

Bundan başqa, Kamran Qasımov Los-Ancelesdə olduğu müddətdə, əfsanəvi “Santa-Barbara” serialının 40 illiyi münasibətilə keçirilən tədbirə qatılıb. Serialın yaradıcı və aktyor heyəti ilə, eləcə də, Disney studiyasının əfsanəvi animatoru Ted Stonzla görüşüb.

aki.az

# 3341 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər