“Kainat Gözəli 2025”də qalmaqal

“Kainat Gözəli 2025”də qalmaqal
28 noyabr 2025
# 12:21

“Kainat Gözəli 2025” müsabiqəsinin qalibi 25 yaşlı meksikalı Melissa (Fatima) Boş seçilib. Lakin yarışma başa çatsa da, qalmaqallar sona çatmayıb.

Kulis.az xəbər verir ki, müsabiqənin sahibi, taylandlı media maqnatı Anna Cakkaponq Cakracatutxip dələduzluq və insan alveri ittihamları ilə üzləşib.

Onun barəsində 30 milyon batlıq (təxminən 930 min dollar) cinayət işi çərçivəsində həbs qətimkan tədbiri tətbiq edilib və Anna məhkəməyə gəlmədiyi üçün hazırda axtarışdadır.

Paralel olaraq, Annanın biznes tərəfdaşı Meksikada silah və narkotik qaçaqmalçılığı ittihamı ilə istintaqa cəlb olunub.

Annanın rəhbərlik etdiyi “JKN Global” 2023-cü ildən maliyyə böhranı yaşayır və investorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün defolta düşüb. Şirkət 2024-cü ildə 3 milyard bat (təxminən 92,6 milyon dollar) borc üçün məhkəməyə maliyyə bərpası məqsədilə müraciət edib.

Tayland Qiymətli Kağızlar və Birja Komissiyası Anna və şirkəti maliyyə hesabatlarında “yanıldıcı məlumat” verməkdə günahlandıraraq 4 milyon bat cərimələyib. Bildirilir ki, JKN Global 2023-cü ildə müsabiqənin 50% payının meksikalı iş adamı Raul Rocha Cantuya satılmasını investorlarla paylaşmayıb.

Sanksiyalardan sonra Anna rəhbər vəzifələrdən uzaqlaşdırılıb, lakin şirkətdə aksioner olaraq qalır və bu il Bangkokda keçirilən final mərasimində iştirak etməyib.

Qeyd edək ki, müsabiqənin hüquqları 2022-ci ildən Anna və JKN Global-a məxsusdur. Onun əvvəlki sahibi isə ABŞ-nin keçmiş prezidenti Donald Tramp olub.

# 959 dəfə oxunub

Oxşar xəbərlər

Alban-Udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksində

Alban-Udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksində

16:35 28 sentyabr 2026
Deniz Göktaş barəsində qərar verildi

Deniz Göktaş barəsində qərar verildi

16:35 28 sentyabr 2026
"O, adamların dərdinə uzaqdan baxmırdı..." - Qənirə Paşayevanın əziz xatirəsinə

"O, adamların dərdinə uzaqdan baxmırdı..." - Qənirə Paşayevanın əziz xatirəsinə

16:30 28 sentyabr 2026
Emi Karlonun Bakıdakı aparıcı media qurumlarının nümayəndələri ilə görüşü

Emi Karlonun Bakıdakı aparıcı media qurumlarının nümayəndələri ilə görüşü

16:25 28 sentyabr 2026
“Emmi” mükafatının izlənmə sayında azalma baş verdi

“Emmi” mükafatının izlənmə sayında azalma baş verdi

16:00 28 sentyabr 2026
Rus dilini  özbaşına öyrəndi, Tolstoyla məktublaşdı... - Prosper Merime haqqında maraqlı faktlar

Rus dilini özbaşına öyrəndi, Tolstoyla məktublaşdı... - Prosper Merime haqqında maraqlı faktlar

15:30 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər