Kağıza çəkilmiş kvadrat 201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat  201 min dollara satıldı
19 aprel 2024
# 12:30

İntibah dövrünün rəssamı Mikelancelonun kiçik kağız üzərində çəkdiyi rəsm Nyu-Yorkda keçirilən hərracda 201 min dollara satılıb.

Kulis.az xəbər verir ki, "Christie's Hərrac Evi" çərşənbə günü kvadrat rəsminə təxmini dəyərindən 33 dəfə yüksək qiymətə alıcı tapdığını açıqlayıb.

Başqa bir əsərin arxasına yapışdırılmış və Mikelancelonun nəslinin sonuncu nümayəndəsinin məktubu ilə müşayiət olunan bu kiçik rəsmin əvvəlcə 6-8 min dollara satılacağı gözlənilirdi.

"Christie's" bu parçanı 201 min dollara alan şəxs haqqında məlumat verməyib.

Üzərində “bənzətmə” sözü yazılmış rəsmdə mərmər blokun təsvir olunduğu düşünülür. Hərrac evinin ekspertinin fikrincə, Mikelancelo onu Vatikandakı Sikstin kapellasının tavanı üzərində işləyərkən çəkmiş ola bilər.

Ülvi Bahadır

# 418 dəfə oxunub

Oxşar xəbərlər

Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq

Xalça Muzeyində Əməkdar rəssamın fərdi sərgisi açılacaq

12:08 2 may 2024
“Yaltaya yol” festivalının qalibi açıqlandı

“Yaltaya yol” festivalının qalibi açıqlandı

11:30 2 may 2024
Qocalmağa macal tapmayanlar - Vüsal Bağırlı

Qocalmağa macal tapmayanlar - Vüsal Bağırlı

11:20 2 may 2024
"Koroğlu"nun heykəlinə görə tənqid olunan Xalq rəssamı

"Koroğlu"nun heykəlinə görə tənqid olunan Xalq rəssamı

11:00 2 may 2024
Adil Kərimli Məhəmməd Mehdi İsmaili ilə görüşdü

Adil Kərimli Məhəmməd Mehdi İsmaili ilə görüşdü

10:40 2 may 2024
“Xalq artisti Ramiz Zöhrabov”  adlı kitab sərgisi açıldı

“Xalq artisti Ramiz Zöhrabov” adlı kitab sərgisi açıldı

10:11 2 may 2024
#
#
# # #