Jurnalist Azər İsrafilov üçüncü dəfə həbs olundu

Jurnalist Azər İsrafilov üçüncü dəfə həbs olundu
27 fevral 2025
# 17:25

Bir neçə mətbuat orqanında, eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov yenidən həbs olunub.

Kulis.az xəbər verir ki, jurnalist Xətai Rayon Məhkəməsinin onun barəsində çıxardığı həbs qətimkan tədbiri haqqında qərara görə həbs edilib.

Məlumata görə, Azər İsrafilov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi açılaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.


Məhkəmə istintaqı zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, proseslərin sonuncu mərhələsində o, məhkəmənin çağırışlarına gəlməkdən imtina edərək iclaslarda iştirak etməyib.

Buna görə də onun barəsində həbsli axtarış qərarı çıxarılıb.

Ötən gün jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən birindən reportaj hazırlayarkən polis əməkdaşları tərəfindən saxlanılaraq barəsindəki həbs qərarı icra olunub.

Xatırladaq ki, Azər İsrafilov 2014 və 2017-ci illərdə dələduzluq etdiyinə görə iki dəfə həbsdə olub. O, sonuncu dəfə həbs olunarkən ATV televiziyasının "Xəbərlər departamentinin əməkdaşı olub. 2007-2010-cu illərdə ANS-də çalışan jurnalist daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib. Oxu.az

# 2762 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər