“İzzət kino mükafatı" təsis ediləcək

“İzzət kino mükafatı"  təsis ediləcək
13 avqust 2025
# 14:00

Azərbaycan Kinematoqrafçılar Ittifaqının rəsmi tərəfdaşlığı, Azad Mirzəcanzadə İnkişaf Proqramı, Gənc Film İstehsalçıları Assosiasiyasının və Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının dəstəyilə “İzzət kino mükafatı" təqdim ediləcək.

Mükafat AKİ-nin beynəlxalq əlaqələr/ layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis edilib.

Azərbaycanın ilk milli kinoaktrisası İzzət Orucovanın şərəfinə adlandırılan mükafat Azərbaycan kinosunda qadınların rolunu və təmsilçiliyini artırmaq məqsədi daşıyır.

Bu mükafat Azərbaycanda ilk dəfə olaraq həm qadın mövzusunu peşəkar səhnəyə daşıyır, həm də qadın kino işçiləri üçün xüsusi mükafat təqdim edərək bir yeniliyə imza atır.

Layihə həm də, tarixdə ilk azərbaycanlı kinoaktrisa və kimyaçı alim İzzət Orucovanın adına həsr olunmaqla simvolik güc daşıyır.

Mükafatın verilməsi kino sənayesində qadınların mövqeyini artırmaq, onların fəaliyyətini təşviq etmək baxımından yeni bir baxışdır.

Layihə çərçivəsində peşəkar jüri heyəti Azərbaycan kinosunda qadın seqmentini bir neçə aspektdən araşdıraraq qalibləri müəyyən edəcək.

Xüsusi dizayn edilmiş mükafat və pul mükafatları auditoriya önündə təqdim ediləcək.

1918-ci ildə Şərqdə qadına ilk seçki hüququ verilməsinə və Azərbaycan kinosunun 127 yaşı olmasına baxmayaraq, bu günə qədər Azərbaycan kinosunda qadın müəlliflər yetərincə tanınmır, təmsil olunmur. Mükafat bu problemi gündəmə gətirir və həll yolları təklif edir.

Azərbaycanın ilk milli kinoaktrisasının şərəfinə adlandırılan mükafatla qadınlar və qadın mövzusu bir daha diqqətə çatdırılır. Uğurlu müəlliflər geniş auditoriyaya qalib kimi təqdim edilir.

Qeyd edək ki, bu layihə Azad Mirzəcanzadə İnkişaf proqramının qaliblərindən biridir və yaxın həftələrdə jürinin tərkibi, qaliblərin seçiləcəyi kateqoriyalar, mükafatlandırma mərasiminin tarixi və s. haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

# 147 dəfə oxunub

Oxşar xəbərlər

Məmməd İsmayıl palataya köçürüldü

Məmməd İsmayıl palataya köçürüldü

23:00 13 avqust 2025
Şair Kəramət Şükürov küçədə ölü tapıldı

Şair Kəramət Şükürov küçədə ölü tapıldı

22:45 13 avqust 2025
Beyons ilk "Emmy"sini qazandı

Beyons ilk "Emmy"sini qazandı

16:00 13 avqust 2025
Şair Məmməd İsmayıl reanimasiyaya yerləşdirildi

Şair Məmməd İsmayıl reanimasiyaya yerləşdirildi

15:50 13 avqust 2025
“Möhtəşəm Bakı”  Finlandiyada sərgilənir

“Möhtəşəm Bakı” Finlandiyada sərgilənir

15:23 13 avqust 2025
Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir keçirildi

Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir keçirildi

15:21 13 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər