IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirildi

IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirildi
25 dekabr 2024
# 11:23

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı vokal janrında söz və musiqinin vəhdətindən söhbət açıb. Bildirib ki, Qərb, rus və Azərbaycan vokal musiqi ənənələrini davam etdirən ifaçılar sənətə öz töhfələrini verirlər. O, yeni vokal ifaçıların tanınmasında festivalın vacib rol oynayacağına ümid edib. Gecədə dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru musiqi nömrələri ilə çıxış edib.

Əməkdar artist Ramil Qasımov və xor kollektivi Siyavuş Kəriminin “Nəsimi operasından Nəsiminin ariyasını və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel”i səsləndiriblər. IV Azərbaycan Vokalçıları Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə reallaşıb.

# 1923 dəfə oxunub

Oxşar xəbərlər

Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər