Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı
14 oktyabr 2026
# 13:31

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz ötən aylarda yaşadığı ciddi sağlamlıq problemi ilə sevənlərini qorxutmuşdu.

Kulis.az xəbər verir ki, Çanaqqalanın Ayvacık rayonundakı evində qəfil infarkt keçirən və təcili xəstəxanaya yerləşdirilən 53 yaşlı sənətçi Çanaqqala On Səkkiz Mart Universiteti Xəstəxanasında angioqrafiya əməliyyatı olunub.

Kardiologiya şöbəsinin professoru Ercan Akşit tərəfindən bilək nahiyəsindən icra edilən və təxminən 40 dəqiqə davam edən əməliyyatla aktyorun ürək damarlarına balon və stent qoyulub. İki günlük stasionar müalicədən sonra evə buraxılan və İstanbula qayıdan sənətçi hadisədən 40 gün sonra nəzarət müayinəsi üçün yenidən həmin xəstəxanaya yollanıb.

"Aleyna Tilkinin mahnısındakı kimi..."

Xəstəxananın qarşısında çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşən Cem Yılmaz əvvəlcə həkimləri ilə görüşüb. Daha sonra Nüvə Təbabəti Mərkəzində miokardın perfuzion ssintiqrafiyası prosedurundan keçən komediya ustası 40 gün əvvəl bura təcili tibbi yardım maşını ilə gətirildiyini xatırladıb:

"Yaxşı ki, gəlmişəm. Sağ olsunlar, nə lazımdırsa etdilər və məni həyata qaytardılar. Xoşbəxtəm. Bu gün də 40-cı gündə yoxlanış üçün gəlmişəm. Aleyna Tilkinin mahnısında deyilən kimi, "Oğurladığın o qəlbi yerinə qoy, lütfən" deyib məsələni bağladıq. Allaha şükür, hər şey yaxşıdır".

Siqareti atdı, idmana başladı

Çətin günləri geridə qoyduğunu və artıq səhhətinə ciddi diqqət etdiyini deyən 53 yaşlı aktyor siqareti atdığını, dərmanlarını vaxtında qəbul etdiyini və müntəzəm idmanla məşğul olduğunu bildirib. O, İstanbuldakı bəzi dostlarının reaksiyalarından da zarafatla bəhs edib:

"İstanbulda yavaş-yavaş çölə çıxmağa başlayanda bəziləri zarafatla şikayətləndi ki, bəsdir sənin bu problemlərin! Əmim oğlu keçən həftə açıq ürək əməliyyatı oldu, indi gəzir, sənin işin yaman uzun çəkdi. Mən isə sadəcə qaydalara əməl edirəm, nadinclik etmirəm. Bir az zamana ehtiyacım var. Yaxşı ki, yeni filmimi bu hadisədən əvvəl bitirmişdim, tam vaxtına düşdü".

Xəstəxana kollektivinə minnətdarlığını bildirən aktyor universitetə maddi və mənəvi dəstək olacağına da söz verib.

Qeyd edək ki, sənətçi xəstəxananın önündən keçərkən lentə aldığı videonu Yıldız Tilbenin "Çabuk olalım aşkım" mahnısı və ürək emojisi ilə paylaşaraq yenidən diqqətləri üzərinə çəkib.

# 110 dəfə oxunub

Oxşar xəbərlər

Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
Stiven Kinqin  romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

Stiven Kinqin romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

13:00 14 oktyabr 2026
Salvador Dalinin  sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

Salvador Dalinin sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

12:30 14 oktyabr 2026
Suyun altında qədim amforalar tapıldı

Suyun altında qədim amforalar tapıldı

12:10 14 oktyabr 2026
Tupakın  qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

Tupakın qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

11:40 14 oktyabr 2026
Peyğəmbər “Elm Çində də olsa, ardınca gedin” deyirdi... - Dövlətimizə qarşı radikal xor oxuyanların dərdi nədir?

Peyğəmbər “Elm Çində də olsa, ardınca gedin” deyirdi... - Dövlətimizə qarşı radikal xor oxuyanların dərdi nədir?

11:23 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər