"İndiki qızların gözü tez açılır" - Övladlarını "satan" valideynlər haqqında niyə tədbir görülmür?

"İndiki qızların gözü tez açılır" - Övladlarını "satan" valideynlər haqqında  niyə tədbir görülmür?
21 oktyabr 2025
# 15:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.


Azərbaycanda hələ də gənc qızların həyatına müdaxilə edilir. Bəli, söhbət məcburi evliliklərdən gedir.

Məcburi evliliklər rəsmi statistikalarda görünmürlər, amma minlərlə ailənin faciəsinə çevrilirlər. Bu evliliklər insanın ən dəyərli illərini oğurlayır, onu bədbəxt və ümidsiz insana çevirirlər.

Doğrudur, oğlanlar da məcburi evliliyin qurbanı ola bilirlər, ancaq bu problemdən daha çox qızlar əziyyət çəkir. Çox vaxt qızların məktəbi bitirməsini belə gözləmək istəmirlər. 9-10-cu siniflərdən onların tezbazar “başını bağlamaq” istəyirlər.

Dindirəndə də deyirlər ki, indiki qızların gözü tez açılır. Nə qədər erkən, o qədər yaxşı.

Məcburi evliliklərdə adətən qızların yaşı 15-17, hətta bəzən daha aşağı, oğlanların, daha doğrusu, kişilərin yaşı isə 35 və daha yuxarı olur.

Keçən dəfə bu mövzu barədə danışanda bəziləri deyirdi ki, indi elə hadisələr olmur, keçmişdə olub. Bəs yaxşı, niyə az qala hər həftə bu mövzuda xəbərlərə rast gəlirik?

Bu hallar daha çox bölgələrdə olur. Kim nə deyir, desin, əsas səbəb təhsilsizlikdir.

Məktəblər artıq vicdanlı və ləyaqətli insan yox, yüksək bal toplayın universitetə girəcək robot hazırlayır. Müəllimlər məktəbdəki şagirdlərə yox, hazırlığına gələn abituriyentlərə fokuslanır.

Nəticədə, doğru ilə yanlışın fərqini ayırd edə bilməyən, “soxub yatmaqla” fəxr eləyən gədə-güdələr yetişir.

Əlbəttə, demirəm ki, bütün qızlar günahsız mələklərdir. Ancaq eyni səhvi eləyən qızlarla oğlanlar arasında qoyulan fərqi kim inkar eləyə bilər?

Tiktokda canlı yayım açıb uyğunsuz hərəkətlər eləyən qızlarla oğlanlara münasibət eynidirmi?

Xəyanət eləyən qadınla kişiyə münasibət eynidirmi?

Erkən yaşda evliliyə münasibət bir qədər fərqlidir. Məsələn, oğlan qızdan yaşca kiçik olanda ətrafı ona birtəhər baxır. Üzünə deyə bilməsələr də, arxasınca hər cür söz deyirlər:

“helə bilginən bu boyda ölkədə qız qəhət idi. özvə babın tapeydun da”.

Bəziləri elə yanaşır ki, sanki oğlan anası yaşında biri ilə evlənib.

Belə hallar artıqca cəmiyyətin mənəvi balansı pozulur.

Əsas səbəblərdən biri də maraqsız, rəngsiz həyatlardır. Daha dəqiqi, şəxsi həyatların olmaması.

Azərbaycan ailələrində övlad olandan sonra şəxsi həyat “ölür”. İnsanlar özü üçün heç nə eləmək istəmir. Bölgələrdə mental dəyərlər insanların özləri üçün nələrsə etməsini buxovladığına görə, o adamlar da ixtiyari və ya qeyri-ixtiyari daha rahat müdaxilə edə biləcəkləri insanlara – övladlarına yönəlirlər. Necə ki, onlara müdaxilə eləyiblər, onlar da eynisini qızlarına, oğlanlarına eləyirlər. İşləri-gücləri övladları olur.

Çalışmaq lazımdır ki, həyatın bütün mərhələlərində şəxsi həyatımızı maraqlı edəcək nələrsə tapaq. Əlbəttə ki, övladlarımızdan tamamilə uzaqlaşmamalıyıq, sadəcə onlara nəfəs aldırmalıyıq.

Türk rejissor Çağan Irmağın məşhur “Atam və oğlum” filmin maraqlı bir cümlə var:

“Ona bir otaq ver, bir evi olsun… Hərdən çıxıb gedə biləcəyi bir ev…”

# 2300 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər