İlan, milçək, köpək balığı... – Heyvanlar dünyanı necə görür?

İlan, milçək, köpək balığı... – Heyvanlar dünyanı necə görür?
2 avqust 2022
# 16:55

Kulis.az “Heyvanlar dünyanı necə görür?” adlı maraqlı məlumatı diqqətinizə çatdırır.

İt

İnsan gözünün tor qişasında üç növ rəngə həssas konus hüceyrəsi olduğu halda, itin tor qişasında yalnız iki növ konus hüceyrəsi var. Buna görə də itlər yalnız qəhvəyi, sarı və mavi rəngləri qəbul edə bilirlər. Yəni, məşhur inancın əksinə olaraq dünyanı ağ-qara görmürlər. Onların gözləri bir qədər yana meylli olduğu üçün insanlardan daha geniş periferik baxış sahəsinə malikdirlər.

Pişik

Pişiklərin gözlərini qorumaq üçün içəridə başqa bir göz qapağı var. Rəngləri görə bilirlər. Onların rəng qavrayışı rəng korunun rəng qavrayışına bənzəyir; pişiklər mavi və yaşıl çalarları görə bilirlər, lakin qırmızı və çəhrayı rəngləri ayırd etməkdə bir qədər çətinlik çəkirlər. Onların gözlərində gecə ov üçün istifadə olunan “tapetum lucidum” da var. Bu təbəqə gözün arxasına düşən işığı tor qişaya əks etdirdiyi üçün gecə mövcud olan işığın miqdarını iki qat artırır və gecə daha rahat görmələrini təmin edir. İnsan gözü işıqlı mühitdə daha yaxşı görə bildiyi halda, pişiklər zəif işıqda və qaranlıqda daha çox üstünlüklərə malikdir.

Quş

Quşlar insanların aşkar edə bilmədiyi ultrabənövşəyi şüaları təyin etmək qabiliyyətinə malikdirlər. Bundan əlavə, güclü göz əzələləri onlara yalnız müəyyən bir yerə diqqət yetirməyə imkan verir. Qartal 2,5 km məsafədən qarla örtülü ərazidə ağ dovşanı asanlıqla görür və ovlayır. Gözləri teleskop kimi işləyir. Onlar yüksək kontrast həssaslığına malikdirlər. Quşların da ikiqat torlu qişası var.

Milçək

Milçəklərin gözlərində yüz minlərlə mikroskopik linza var. Onlar ultrabənövşəyi şüaları görə bilirlər, amma uzağı qavraya bilmirlər. Həmçinin, piksel-piksel gördükləri üçün hər şeyi yavaş hərəkətdə müşahidə edirlər.

İlan

İlanların üz çuxurlarında istilik sensorları var. Həmin sensorların sayəsində onlar gecə vaxtı ovlarının bədən istiliyinin yaydığı infraqırmızı şüaları aşkar edə bilirlər. Bu həssaslıq o qədər böyükdür ki, ovlarının ayaq izlərindən çıxan istiliyi çox uzaqdan aşkar edərək ovlarını izləyə bilirlər.

Köpək balığı

Köpək balıqları suda gördüklərini aydın şəkildə ayırd edə bilsələr də, onlar üçün dünya sadəcə ağ-qaradır. Lakin kiçik balıqlar ultrabənövşəyi şüalarla ətrafda qırmızı, yaşıl və mavi rəngləri görürlər.

Siçan

Nəhayət, siçanlar dünyanı bulanıq və yavaş hərəkətli görürlər. Bu məməlinin bizdən ən böyük fərqi odur ki, onun hər gözü bir-birindən müstəqil hərəkət etdiyi üçün müxtəlif bucaqlardan baxaraq gözləri ilə hər yeri eyni anda qavraya bilir.

# 8765 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər