İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı başa çatdı

İçərişəhərdə “Uşaqlar üçün İrs”  festivalı başa çatdı
3 iyun 2024
# 15:30

İçərişəhərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar üçün İrs” mədəniyyət və yaradıcılıq festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, gün davam edən festivalda İçərişəhər ərazisində uşaqlara tarixi-mədəni irsimizi, incəsənətimizi, sənətkarlığı tanıtmaq və yaradıcılıq fəaliyyətini aşılamaq məqsədilə bir sıra tədbirlər keçirilib.

Festival çərçivəsində, ilk dəfə olaraq, Şirvanşahlar Sarayı Kompleksində muzeyin gənc ziyarətçiləri üçün XI-XX əsrlərə aid uşaqlar üçün eksponatların sərgiləndiyi “Uşaqlar üçün Tarix” ekspozisiyası nümayiş olunub. Ekspozisiyanın ən qədim artefaktı Şirvanşahlar Sarayı ərazisində tapılmış, XI-XII əsrə aid, saxsıdan hazırlanmış ördək formalı uşaq üçün nəfəsli musiqi alətidir. Sərginin ən müasir əşyası isə 1980-ci ildə Azərbaycan Oyuncaq Fabrikində hazırlanmış gəlincikdir.

“Uşaqlar üçün İrs” festivalının balaca ziyarətçilərində Tahir Salahovun “Güllər” sərgisi və Bakı Marionet Teatrında kuklalarla tanışlıq xüsusi marağa səbəb olub. Tədbir zamanı, həmçinin gənc rəssamların əsərlərinin sərgisi, sənətkarlıq üzrə ustad dərsləri, əyləncəli oyunlar, “Tıq-tıq xanım” teatr tamaşası, “Sehrli xalat” filmi, musiqili proqram və müxtəlif idman növlərinin nümayişi keçirilib.

# 1980 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər