Hollivud ulduzu Bakıda - Foto

Pirs Brosnan

Pirs Brosnan

10 noyabr 2021
# 17:45

Çəkilişlərinin müəyyən hissəsi Bakıda aparılan, 1999-cu il noyabrın 8-də premyerası olan on doqquzuncu Bond filmi "Dünya kifayət deyil" filminin 22 yaşı tamam olub.

Kulis.az xəbər verir ki, bununla bağlı "007" rəsmi səhifələrində fotolar yayımlanıb. Onlardan ən diqqətçəkəni isə agent 007 rolunun ifaçısı Pirs Brosnanın Bibiheybət qəsəbəsində çəkilmiş fotosu olub.

Şəkil 1,9 milyon izləyicisi olan "007" İnstaqram səhifəsində və 5 milyondan çox abunəçisi olan "Facebook"da yerləşdirilib.

Pirs Brosnan müsahibələrinin birində Azərbaycanda güllələnmə səhnəsəni xatırlayaraq "Azərbaycanda bizi çox səmimi qarşıladılar. Bu təcrübə, düzünü desəm, çox qeyri-adi idi. Biz yollarda çılğın sürətlə hərəkət etdik və hər yerdə neft buruqlarını, neft emalı zavodlarını gördük. Qeyri-adi mənzərə idi, amma film üçün bizə çox yaraşırdı. çox gözəl insanların əhatəsində xoş axşam yeməyini də xatırlayıram" sözlərini söyləyib.

# 4125 dəfə oxunub

Oxşar xəbərlər

“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər