Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi
8 may 2026
# 15:04

Azərbaycan xalqının Ümummilli Lideri, çağdaş Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Diasporuna Dəstək Fondunun və Almaniya Azərbaycanlıları Alyansının birgə təşəbbüsü ilə Berlində geniş konsert proqramı təşkil olunub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsində, dövlətçilik ənənələrinin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs edib.

Səfir bildirib ki, 1990-cı illərin əvvəllərində mürəkkəb siyasi və iqtisadi şəraitdə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik bərpa olundu, dövlət institutları gücləndirildi və ölkəmizin gələcək inkişafının əsasları qoyuldu. Diplomat qeyd edib ki, Ulu Öndərin həyata keçirdiyi müdrik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşına çevrildi, xüsusilə enerji siyasəti ölkəmizin strateji əhəmiyyətini daha da artırdı. Avropa ilə əməkdaşlığa xüsusi önəm verən Ümummilli Liderin 1996-cı ildə Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətlərində mühüm dönüş nöqtəsi olduğu qeyd edilib, hazırda ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimad əsasında uğurla inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşdiyi qeyd olunub.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində müstəsna xidmətlərini vurğulayıb. Bildirilib ki, Ulu Öndərin strateji kursunda Almaniya ilə münasibətlərin inkişafı xüsusi yer tutub və bu gün Azərbaycan-Almaniya əməkdaşlığı iqtisadiyyat, təhsil, innovasiya və mədəni-humanitar sahələrdə uğurla davam edir. Qeyd olunub ki, birgə layihələr, festivallar və konsert proqramları xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu konsert proqramının da bu baxımdan musiqinin birləşdirici gücünü nümayiş etdirərək Azərbaycan ilə Almaniya arasında dostluq münasibətlərinin bariz ifadəsinə çevrildiyi xüsusi vurğulanıb.

Çıxışlardan sonra tədbir bədii proqramla davam edib. “Simurq” muğam ansamblının təqdim etdiyi konsertdə Azərbaycan muğamının zəngin ənənələri müasir musiqi elementləri ilə harmonik şəkildə təqdim olunub. Solistlər Mirələm Mirələmovun və Əməkdar artist Şölə Səfərəliyevanın emosional ifaları və musiqiçilərin milli alətlərdə nümayiş etdirdikləri yüksək peşəkarlıq tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramında Elnur Mikayılovun kamança, Anar Vəlizadənin balaban, Zəki Vəliyevin tar, Əməkdar artis Kamran Kərimovun nağara, İdris Hüseynov ud və Vasif Huseynin pianoda ifaları milli musiqinin klassik ruhunu caz ritmləri ilə birləşdirərək gecəyə xüsusi ovqat bəxş edib. Xalq artisti Faiq Sücəddinovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya” və digər musiqi əsərləri bəstəkarın öz ifasında xüsusi alqışlarla qarşılanıb. Xalq artisti Əlixan Səmədovun balabanda əsrarəngiz ifası isə konsert proqramına xüsusi rəng qataraq tamaşaçılarda unudulmaz təəssürat yaradıb.

Konsertdən sonra Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.

# 71 dəfə oxunub

Oxşar xəbərlər

Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”

Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”

15:36 8 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsi təhrif edildi

Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsi təhrif edildi

14:09 8 may 2026
Nadir Məmmədli:  "Orfoqrafiya lüğəti yaxın vaxtlarda nəşr ediləcək, orfoepiya lüğəti isə..."

Nadir Məmmədli: "Orfoqrafiya lüğəti yaxın vaxtlarda nəşr ediləcək, orfoepiya lüğəti isə..."

13:57 8 may 2026
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu

13:23 8 may 2026
Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb

Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb

13:07 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər