Heydər Əliyev Fondu təqdim edir: Qəbələdə “Qış nağılı”

Heydər Əliyev Fondu təqdim edir: Qəbələdə “Qış nağılı”
27 yanvar 2025
# 17:11

Fevralın 7-10-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, “Qış nağılı” 2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri bir araya gətirəcək.

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış edəcək.

Çıxış edənlər:

Azərbaycandan Fərhad Bədəlbəyli, Emil Əfrasiyab, Murad Adıgözəlzadə, Nəzrin Aslanlı, Nigar Cəfərova, Yeganə Axundova, Yusif Eyvazov. Musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Bakı Kamera Orkestri, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri, “Qaytağı” instrumental ansamblı. Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya” ansamblı, Böyük Britaniyadan Dmitri Sitkovetski, İtaliyadan Anastasiya Bartoli, Sergio Vitale, Polşadan “Glassduo” ansamblı.

Proqram:

Qəbələnin müxtəlif mədəniyyət ocaqlarında maraqlı proqram təqdim ediləcək, vokal, kamera instrumental musiqi axşamları, balet tamaşaları təşkil olunacaq: Qara Qarayevin “Yeddi gözəl” baletindən, Niyazinin “Arzu” əsərindən, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən, Cakomo Puççininin “Turandot”, Cüzeppe Verdinin “Traviata” operalarından, Pyotr Çaykovskinin “Şelkunçik” baletindən parçalar, eləcə də Edvard Qriq, Frederik Şopen, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və digər bəstəkarların müxtəlif musiqi kompozisiyaları.

Tamaşaçıların iştirakı:

Tamaşaçılar iTicket.az saytından ödənişsiz qeydiyyatdan keçməklə tədbirə qoşula bilərlər.

# 1880 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər