Herri Stayls: "Mən onda möhtəşəm olmağa çalışan birini görürdüm"

Herri Stayls: "Mən onda möhtəşəm olmağa çalışan birini görürdüm"
5 mart 2026
# 10:38

Bir zamanların məşhur pop qrupu "One Direction"un üzvü Herri Staylsın keçmiş qrup yoldaşı Liam Peynin ölümü ilə bağlı səmimi etirafları dünya mediasının diqqət mərkəzindədir.

Kulis.az xəbər verir ki, britaniyalı müğənni "Kiss All The Time, Disco Occasionally" adlı dördüncü albomunun hazırlıq prosesindən danışarkən yaxın dostunun itkisinin ona çox təsir etdiyini və həyata baxışını dəyişdiyini deyib.

"Apple Music" platformasına müsahibə verən 32 yaşlı müğənni sənə bu qədər çox bənzəyən birini itirməyin dözülməz olduğunu vurğulayıb:

"Mən onda ən xeyirxah qəlbli və möhtəşəm olmağa çalışan birini görürdüm. Bu hadisə öz həyatıma yenidən baxmaq, 'mən həyatımı necə yaşamaq istəyirəm?' sualını vermək üçün mühüm bir an oldu. Düşünürəm ki, dünyadan köçən dostlarımızın xatirəsini yad etməyin ən yaxşı yolu həyatı doyunca yaşamaqdır".

Herri Stayls və Liam Peyn 2010-cu ildə "The X Factor" layihəsində yaranan "One Direction" qrupunun üzvləri kimi məşhurlaşıblar. 2016-cı ildə fəaliyyətinə fasilə verən qrupun üzvləri — Nial Horan, Luis Tomlinson və Zayn Malik illər sonra ilk dəfə məhz Peynin dəfn mərasimində bir yerə toplanıblar.

Stayls hələ də bu itki haqqında danışmağın çətin olduğunu bildirərək qeyd edib ki, kütlənin insanın şəxsi kədərinə "şərik çıxması" və hisslərini nümayiş etdirməsi üçün yaranan ictimai təzyiq vəziyyəti daha da qəlizləşdirir.

Xatırladaq ki, Liam Peyn 2024-cü ilin oktyabrında Argentinada qaldığı otelin eyvanından yıxılaraq 31 yaşında faciəvi şəkildə həyatını itirib.

# 724 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

11:00 7 iyun 2026
"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

14:09 6 iyun 2026
Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

12:51 6 iyun 2026
Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

12:27 6 iyun 2026
Elçin Şamillinin “Katarsis”  sərgisi açıldı

Elçin Şamillinin “Katarsis” sərgisi açıldı

11:41 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər