"Hərdən yazığım da gəlir ona..." - "Gün keçdi" filmində öz tənhalığını ekranlaşdıran rejissor

"Hərdən yazığım da gəlir ona..."  -  "Gün keçdi" filmində öz tənhalığını ekranlaşdıran rejissor
26 avqust 2025
# 13:30

26 avqust kinorejissor, Əməkdar incəsənət xadimi Arif Babayevin anım günüdür.

Kulis.az rejissorun həyatı, yaradıcılığı ilə bağlı maraqlı faktları və onun rejissorluğu ilə ekranlaşdırılan "Gün keçdi" filmindən fraqmenti təqdim edir.

Arif Babayev 25 sentyabr 1928- ci ildə Bakı şəhərində anadan olub.

1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

Arif Babayevin gənclik dövrü ölkədə caz musiqisinin geniş yayıldığı illərə təsadüf edir. Elə bu mühit də onda musiqiyə maraq oyadır və o, bir müddət truba alətində ifa etməyə başlayır.

Caz ustası Vaqif Mustafazadə ilə yaxın dostluğu isə bu marağını daha da gücləndirir. Lakin onun bu seçimi ailədə, xüsusilə atası Hacıağa müəllim tərəfindən birmənalı qarşılanmır. O, oğlunun milli musiqi alətlərindən uzaqlaşıb, truba çalmasından narahatlıq keçirirdi.

1947–1953-cü illər arasında Arif Babayev Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissorluq ixtisası üzrə təhsil alır. O, görkəmli rejissor və pedaqoq Mehdi Məmmədovun rəhbərlik etdiyi kursun tələbəsi olur.

Tədris zamanı Qoqolun “Müfəttiş” əsəri üzərində işləyərkən müəllimi ona baş rollardan biri – Qorodniçi obrazını etibar edir. İnstitutu 1953-cü ildə bitirən Babayev, təyinatla Naxçıvan Dövlət Teatrına göndərilir və burada Qoqolun “Evlənmə” pyesini səhnəyə qoyur.

1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışıb. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkib.

1958-ci ildə Arif Babayev anası Sürəyya xanımı itirir. Bu ağır itkidən iki il əvvəl isə atası Hacıağa dünyasını dəyişmişdi. Valideynlərinin vəfatından sonra onun doğulub böyüdüyü İçərişəhərdəki günlər də başa çatır. Qardaşları ilə münasibətləri qaydasında olmadığından, ailə ocağını tərk etmək məcburiyyətində qalır.

Nəticədə təxminən on beş il ərzində Bakının müxtəlif yerlərində kirayələrdə qalır. Nəhayət, uzun illərdən sonra kino xadimləri üçün kinostudiyanın yaxınlığında tikilən binada ona da yaşayış sahəsi verilir.

Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilib.

O, bir çox filmlərinə görə nüfuzlu mükafatlara layiq görülüb.

O, daha çox “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər” kimi filmlərlə yaddaşlara həkk olunub.

Arif Babayevin çəkdiyi filmlərin əksəriyyətində onun şəxsi hiss və düşüncələrinin izlərinə rast gəlmək mümkündür. Xüsusilə Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırdığı “Gün keçdi” filmindəki Oqtay obrazı rejissorun öz daxili aləminin təcəssümü idi. Bu filmdə o, öz tənhalığını, ruh dünyasını kino dili ilə ifadə etmişdi. Elə bu səbəbdən də yazıçı Anar sonradan etiraf etmişdi ki, filmi izləyərkən ssenarini tanımayıb.

Rejissor 26 avqust 1983-cü ildə 54 yaşında şəkər xəstəliyindən vəfat edib.

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

13:30 30 avqust 2026
30 avqust Türkiyənin Zəfər Bayramı  günüdür.

30 avqust Türkiyənin Zəfər Bayramı günüdür.

10:30 30 avqust 2026
Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər