"Hərdən Ülvinin “gələcəyi” haqqında danışırıq..." - Könül Bünyadzadə

"Hərdən  Ülvinin “gələcəyi” haqqında danışırıq..." - Könül Bünyadzadə
23 sentyabr 2025
# 10:05

23 sentyabr Azərbaycan şairi, publisist, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin doğum günüdür.

Kulis.az bu münasibətlə şəhidin bacısı, filosof Könül Bünyadzadənin sosial şəbəkədə qardaşı ilə bağlı yazdığı paylaşımı təqdim edir.

Uşaqlıqda ailənin üç uşağı oturub tez-tez gələcəyimizin necə olacağını təsəvvür edər, planlar qurardıq. İndi də anamla hərdən oturub Ülvinin “gələcəyi” haqqında danışırıq.

-Könül, səncə Ülvi indi nə işlə məşğul olardı? Çətin illərə uyğunlaşıb biznesə başlayardı? Yoxsa...

-Yox, mama, Ülvi elmi sevirdi, onun biznesnən nə işi? İndi böyük bir alimiydi, arxivlərdən heç kimin bilmədiyi tarixi faktlar çıxarıb qalaq-qalaq kitablar yazmışdı.

- Görəsən, o da xarici ölkədə yaşamağa üstünlük verərdi?

- Yox, Ülvi Azərbaycanı sevən biridi, elə Azərbaycanda qalıb onun gözəl gələcəyi üçün bütün çətinliklərə qatlaşardı. Bizim hansımız xarici ölkəni Azərbaycandan üstün tutduq ki, o da tutaydı.

- Könül, yəqin ki, Ülvi elmdə irəli gedərdi.

- Əlbəttə, mama. Elm üçün vacib nə varsa, hamısı Ülvidə varıydı: öz məqsədinə doğru getmək, gecəsini gündüzünə qatıb işləmək qabiliyyəti, məsələnin mahiyyətini duymaq istedadı, təhlil bacarığı, xarici dil bilgiləri, başlıcası da qəşəng yazı üslubu, məntiq.

- Ülvi yaman həssasdı, bu Qarabağ müharibəsində dözməzdi, mütləq könüllü gedərdi.

- Ülvi elə birinci müharibədə də qoşulardı, ikincidə də. O, istədiyinə çatmağı bacarırdı.

Ad günün mübarək, Ülvi. Biz sənin gələcəyindən hələ çox danışacağıq, əsas odur, sən gələcəyinə gedən ən yaxşı yolu seçibsən.

# 1323 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi?

12:00 25 oktyabr 2026
Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər