Kulis.az Həmid Herisçinin "Tağıyev III" filmi haqqında "Hacı, yoxsamı Məşədi İbad? Bir mifin sonu" yazısını təqdim edir.
Filmə baxdıqdan sonra Üzeyir Hacıbəyovun ölməz "Məşədi İbad" operettasına münasibətim dəyişdi. Bir parıltı, ildırım çaxdı daxilimdə. Demək, Üzeyir "Məşədi İbad"ı yazarkən Hacını hədəf götürüb, hə? Gör neçə il sonra anladım bu əsərdəki gizli mesajı. Hə....Üzeyirin dirijor çubuğu, bəlkə, iynə kimi batırdı bir nəfərin - Onun bədəninə.
Məncə, Tağıyev bu səbəbdən heç həmin operettanın tamaşasına gəlməzdi də. Öz bostanına atılmış daş, pyes bilərdi bu həcvi. Qi Dibor, Jak Derrida kimi mətnşünaslar deyir ki, əsər mütləq intertekstual olmalıdır. Gizli, dəqiq mesaj daşımalıdır öz dərinliyində. Nəhayət ki, "Məşədi İbad" bir başqa, daha real şəkildə qayıtdı səhnəyə. Kino ekranlarına.
Öz mifini itirdi.
Sənətdən çıxdı.
Reallaşdı. Sakitləşdi.
"Mədəni tənqid" verilişimdə astaca toxunduq bu incə, sarı simə... Əfsanələrin ölümü başladı səhnəmizdə. Kino sənətimizdə. İlk qurban Məşədi İbaddı. Onu deşifrələdilər axır. Növbə indi hansı digər mifə gəlib çatdı? Filmin ssenari müəllifi və rejissoru Zaur Qasımlı bu əsərində Jak Derridanın "Dekonstruksiya" əmrinə əməl edib. Məşhur bir milli mifi dekonstruksiya edib. Bir daha sübut edib ki, istənilən uğurlu əsər məhz dekonstruksiya nəticəsidir.
İndi gəlin, Məşədi İbad süjetini Zaur Qasımlı dekonstruksiyasında eşidin: "Hacıya ailə qurmaq, dost, sirdaş, həmdərd lazım idi. Bu düşüncələr ilə o, general Balakişi Ərəblinskinin qızı Sona xanım ilə ailə qurmaq fikrinə düşür. Sona həm də Hacının oğlu İsmayılın həyat yoldaşı Nurcahan Ərəblinskinin kiçik bacısıdır. Hacının bu istəyi Ərəblinski ailəsində çaşqınlıqla qarşılanır və İsmayılın qəzəbinə səbəb olur. Nəticədə Hacı öz istəyinə nail olur – Sona ona ərə getməyə razılıq verir, valideynləri isə qızlarının xoşbəxtliyi naminə ona güzəştə gedirlər. Amma bu nigah Tağıyevin ailəsində parçalanma ilə nəticələnir – Hacı ilə oğlu İsmayılın arasında dərin uçurum yaradır".
Alışdığımız süjetləri yeni təqdimatda görməyə hazırıqmı? Zaur Qasımlı, deyəsən, xalqın təfəkkürünü, Məşədi İbadını çadra altından çıxarmaq istəyir. Çadrasız Məşədi İbadı bizə təqdim edir.
Qorxulu gedişdi.
Həmid Herisçi: "Üzeyir "Məşədi İbad"ı yazarkən Tağıyevi hədəf götürüb" - İDDİA
Oxşar xəbərlər
Ruzbeh Məmmədin yeni kitabı çap olundu
12:33
10 oktyabr 2026
BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu
12:06
10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu
11:00
10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün
10:30
10 oktyabr 2026
“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi
18:30
9 oktyabr 2026
Professor Aida İmanquliyevanın xatirəsi yad edildi
18:00
9 oktyabr 2026