"Hamı necə, biz də elə: çaxçux, dvijeniya..." - Yalçın İslamzadə

Yalçın İslamzadə

Yalçın İslamzadə

21 mart 2025
# 13:12

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Günlərin bir-biri günü toya dəvət etmişdilər. Evlənən gənc xaricdə oxumuş savadlı, kültürlü, geniş dünyagörüşü olan biri idi. Atası da irimiqyaslı iş insanı. Şadlıq sarayı çox bahalı.

Bizdə bütün innovasiyalar ilk dəfə toyda tətbiq olunur. Mürəkkəb bir platformaya bağlanmış kamera qəflətən qonağın qulağının dibində peyda olurdu və qonaq da özünü sıxıb kameraya mədəni düşməyə çalışırdı.

Mənə elə gəldi ki, o kamera, əslində, mentalitetin nəzarət gözüdür.

Musa-Qumral cütlüyü oxuyurdu, yanlarında da yekə bir baraban. Gurultu az olduğu üçün barabana toxmaqla möhkəmcə vururdular. Qonaqlar səs işkəncəsindən əziyyət çəkmək bir yana, xeyli məmnun idilər, həvəslə atdanıb düşür, tez-tez görkəmli sənətkarlarla şəkil çəkdirirdilər. Halbuki, mədəniyyət həmişə kütləvidən, küydən ayrılanda yaranır. Aydındır ki, cəmiyyətin əsas sosiallaşma tədbiri toydur. Ona görə də toy estetikası insanların ruhuna hopur.

Günlərin bir-bir günü böyük bir şirkətdə işə girmiş bir qrup gənclə danışırdıq, soruşdum "Vizyonunuz nədir?", dedilər, "Şəhərin mərkəzində ev+Prado". Dedim ki, "Orda bu maaşla onu əldə edə bilməzsiniz, bunları əldə edəcəyiniz şirkətə keçmək üçün təcrübə qazana bilərsiniz". Dedilər ki, "Hamı necə, biz də elə. Çaxçux, dvijeniya, şirkətlərdən komisyon-çox çəkməz".

İki il sonra, dayanacaqda ikən bir Prado saxladı, baxdım həmin gənclərdən biri. Gedəcəyim yerə aparmaqda israr etdi, yolüstü yeni binalardan birini göstərib, "Burdan ev almışam" dedi.

Yenə bir gün, bir nəfər çox tanınmış bir şəxsin ona (həmin şəxsin yaxın qohumudur) tövsiyyələrindən danışdı. Dedi ki, mənə deyir, "Heç kimə inanma, kimi bacarırsan əz, əzməyəni əzərlər"-lakin həmin milli ziyalı şəxs ictimai çıxışlarında tam əksi fikirlər səsləndirirdi.

Məktəb, universitet, direktor-rektor-məmur kimi anlayışlar sosial konstruksiya məhsullarıdır. Hər cəmiyyətin bu anlayışlara dair təsəvvürü necədirsə, bu anlayışlar da öz funksiyalarını cəmiyyətin sifarişi əsasında, onun gözləntilərinə uyğun həyata keçirir. Epizodik olaraq bir dəfə məktəb direktorlarını, başqa dəfə məmurları, bir digərində tələbələri qınamaq, başqa bir zaman kriminal mahnı oxuyan şagirdləri ələ salmaq lazım deyil.

Bu anlayışlar cəmiyyətin anlayışlarından böyük və fərqli ola bilməz. Olsa, yaşaya, varlığın qoruya bilməz, ya tənəzzül edər, ya xaricə köçər.

Bu insanlara hansı nümunə göstərilib? Hansı müsbət nümunə dəstəklənib ki, onlar da ürəklənsinlər? Bir fərd təkbaşına özündən mədəniyyət kəşf edə bilməz.

Heç bir mədəni-sosial fəaliyyətin baş vermədiyi rayonlarda camaatın ekzotik canlı görmüş kimi, sponsorlu müğənnilərə marıtdamalarına lağ etməklə lağ edən şəxs özü mədəniləşmir.

# 4213 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

17:10 8 sentyabr 2026
Modelyer Leyla Əhmədova həbs edildi

Modelyer Leyla Əhmədova həbs edildi

16:21 8 sentyabr 2026
Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

16:00 8 sentyabr 2026
Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

15:15 8 sentyabr 2026
Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

14:30 8 sentyabr 2026
Tanınmış yazıçı xərçəngdən əziyyət çəkir

Tanınmış yazıçı xərçəngdən əziyyət çəkir

14:26 8 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər