Halil Sezai həbs edildi

Halil Sezai həbs edildi
24 noyabr 2022
# 17:40

Türkiyənin tanınmış müğənnisi və aktyoru Halil Sezai 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib.

Kulis.az xəbər verir ki, məhkəmə onu qonşusu Hüseyn Meriçə dediyi təhqiramiz sözlər səbəbindən təqsirli bilib.

Tərəflər arasında insident müğənninin Tuzlada səhnəyə çıxdığı məkanda baş verib. Sezai hadisə zamanı qonşusunu döyərək təhqir edib.

Hakim hökmünü açıqlamazdan qabaq Sezai özünü müdafiə etmək üçün deyib ki, qonşusu ilə əvvəllər baş vermiş daha bir hadisəyə görə aralarında düşmənçilik var:

“Təhqir etmək fikrində deyildim. Günahsızam, bəraətimi tələb edirəm”.

Meriç isə sözügedən hadisədən əvvəl də müğənninin ona sosial şəbəkələr vasitəsilə bəzi hərəkətlər etdiyini vurğulayıb: “Ondan şikayətçiyəm”.

Prokurorluq onun 3 ay 15 gündən 2 il 4 aya qədər həbs edilməsini tələb edib. Məhkəmə isə Sezaiyə hökm oxuyaraq onu 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edib.

# 3707 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər