Güney Azərbaycana işıq tutan tədqiqatlar

Güney Azərbaycana işıq tutan tədqiqatlar
11 sentyabr 2023
# 16:00

Güney Azərbaycanda elm, mədəniyyət, mətbuat və ictimai fikrin dünəni və müasir problemləri ilə bağlı “Güney Azərbaycana işıq tutan tədqiqatlar” adlı kitabça çap edilib.

Kulis.az xəbər verir ki, kitabça “Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin “Cənubi azərbaycanlı tanınmış elm, mədəniyyət, ictimai xadimlər və onların fəaliyyəti barədə maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə işıq üzü görüb.

Yeni nəşrdə Güney Azərbaycanda elm, mədəniyyət, maarif məsələləri, ədəbiyyat, mətbuat tarixi və müasir problemləri barədə tədqiqatçı-alimlərin məqalələri yer alıb. Müəlliflərin elmi-publisistik məqalələri İrandakı soydaşlarımızın elmi-ədəbi dünyagörüşü, intellektual vəziyyəti və oradakı ziyalıların həyat və fəaliyyətinə həsr olunub.

Kitabça geniş oxucu auditoriyası, həmçinin mövzu barədə araşdırma aparanlar üçün nəzərdə tutulub.

# 3834 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər