"Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirildi

"Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirildi
17 mart 2023
# 10:50

Martın 16-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirilib.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Elegiya" adlı şeirinin "Günəşə qovuşmaq istəyirəm mən!" misrası ilə adlandırılan konsert proqramı anşlaqla keçib.

"Heydər Əliyev İli"nə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının foyesində təşkil olunmuş şagirdlərin rəsm əsərlərindən, əl işlərindən ibarət sərgidə uşaqların vətən və yurd sevgisini özündə əks etdirən yaradıcılıq nümunələri tədbir iştirakçıları tərəfindən bəyənilib, Regional İdarənin tabeliyində fəaliyyət göstərən Füzuli rayonunun Uşaq musiqi, incəsənət məktəblərinin və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət ansambl, xor kollektivlərinin çıxışları, şagirdlərin ifasında səslənən bəstəkar və xalq mahnıları, rəqslər, xarici ölkələrin musiqi nümunələri alqışlarla qarşılanıb.

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən olan konsert regionda ilin böyük uşaq tədbirlərindən olmaqla uşaq və yeniyetmələrdə Azərbaycan, Vətən, yurd, Qarabağ mövzularına məhəbbət, ümummilli lider Heydər Əliyev şəxsiyyətinə sevgi aşılamaqla gənc nəslin musiqi və incəsənət sahəsində inkişafının dəstəklənməsinə istiqamətlənib.

Ulu Öndər Heydər Əliyevin əbədiyaşar Müstəqil Azərbaycan sevgisindən, mədəniyyət və incəsənətimizə, uşaqlara məhəbbətindən yoğrulmuş əsərlərlə uşaq ifaçılığının nümunələrini səsləndirən şagirdlər Azərbaycan musiqisinin xoş gələcəyinin müjdəçiləri olaraq səhnədə şən əhval-ruhiyyə nümayiş etdiriblər.

Qarabağda erməni işğalı nəticəsində vaxtilə məcburi köçkün ailələrində doğulmuş iştirakçılar növbəti tədbirlərin doğma kəndlərində keçiriləcəyi inamı ilə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlıqlarını və sevgilərini musiqi ilə ifadə ediblər.


# 2958 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər