Günəşə arxanı çevirmə... – Taqorun aforizmləri

Günəşə arxanı çevirmə... – Taqorun aforizmləri
7 avqust 2024
# 15:00

Bu gün görkəmli hind yazıçı, Nobel mükafatı laureatı Rabindranat Taqorun anım günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

- Keçmiş illərin xarabalıqlarında bir kədərli səs yuva salmışdır.

- Günəş getdi deyə ağlayarsan, göz yaşların ulduzları görməyə mane olar.

- Kəpənək ayları deyil, anları sayar və onun belə kifayət qədər zamanı var.

- Günəşə arxanı çevirmə , kölgən önünə düşər.

- Yuva yatan quşları qoruduğu kimi, sükut da sənin səsini qoruyur.

- Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər.

- Buludlar çayları su ilə doldurub özləri uzaq dağların arxasında gizlənir.

- Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşqun fırtınalar dünyasıdır.

- Ey qadın! Sənin gülüşün dirilik bulağının nəğməsidir.

- Mümkün qeyri-mümkündən soruşar: «Sən harada yaşayırsan?» O cavab verər: «Acizin yuxularında».

- Qoy gülü görməyə gözləri olanlar tikanı da görsünlər

- Ayaq üstə dayanıb suya baxaraq dənizi keçə bilməzsiniz.

- Çınqıl daşlarını kamala çatdıran çəkic zərbələri deyil, suyun oxşayışıdır.

- Doğulan uşaqlar Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərir.

- Dünyanı səhv oxuyar, sonra da bizi aldadır deyərik.

# 2066 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər