Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşdü

Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşdü
31 may 2023
# 15:33

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstana səfəri çərçivəsində Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi, millət vəkili Tamaş Menszer ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüş zamanı Günay Əfəndiyeva Fond tərəfindən qədim Türk mədəniyyətinin təşviqi istiqamətində təşkil edilən tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən Türk irsinin qorunmasına yönəlmiş beynəlxalq layihələrdən bəhs edib.

Fondun prezidenti Türk dövlətləri və təşkilatları arasında davam edən inteqrasiya proseslərinin vacibliyini xüsusi vurğulayıb. Günay Əfəndiyeva cari ilin yanvar ayında Avropanın Mədəniyyət Paytaxtı Vezsprem şəhərinə səfərini xatırlayaraq, bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa şəhəri və Vezsprem arasında imzalanmış Anlaşma Memorandumu ilə əlaqələrin gücləndirildiyinə toxunub. Fondun rəhbəri həmçinin, təşkilatın müşahidəçi üzv dövləti olan Macarıstan ilə əməkdaşlıq çərçivəsində “Macar yazıçılarının antologiyası”nın hazırlanması, Bela Bartok, Mikloş Radnoti və digər görkəmli şəxsiyyətlərinin yaradıcılıqlarının təbliği sahəsində Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Tamaş Menszer Fondun fəaliyyətini yüksək qiymətləndirərək, Macarıstan musiqisinin və ədəbiyyatının dünya səviyyəsində təbliğ edilməsinə görə təşkilata minnətdarlığını bildirib və bu istiqamətdə daim dəstək göstərməyə hazır olduqlarını qeyd edib. Macarıstanı Türk Dünyasının Avropaya qapısı adlandıran Tamaş Menszer, Türk dövlətləri ilə əməkdaşlığın önəmindən, Avropanın Mədəniyyət Paytaxtı Vezprem və Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa arasında iş birliyindən söz açıb.

Görüşdə Fond və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

# 1865 dəfə oxunub

Oxşar xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

09:20 5 noyabr 2026
Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər