Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olundu

Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olundu
17 sentyabr 2024
# 10:00

Görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın anadan olmasının 90-cı ildönümü münasibətlə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət xadimləri, sənətkarın yaxınları II Fəxri xiyabana gələrək xatirəsini yad edib.

Kulis.az xəbər verir ki, Mədəniyyət nazirinin müavini Murad Hüseynov pianoçunun yaradıcılığından söz açıb, onu adının musiqi tariximizdə əbədi yaşayacağını deyib: "Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər. Tələbələri dünyanın bir çox ölkələrində çıxış edərək Azərbaycan musiqisinin təbliğinə öz töhfələrini verirlər".

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Məmməd Quliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, Əməkdar artist, professor Samirə Aşumova və başqaları çıxış edərək Elmira Səfərova ilə bağlı xatirələrini bölüşüblər.

Sonda sənətkarın ailə üzvləri adından çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Elmira Səfərovanın xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xatırladaq ki, Elmira Səfərova 16 sentyabr 1934-cü ildə məşhur mühəndis-neftçi, iki dəfə Dövlət mükafatı laureatı Yusif Səfərovun ailəsində doğulub. Elmira xanım uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) nəzdindəki musiqi məktəbində alıb. K.Səfərəliyeva, T.Qruşko, L.Yeqorova kimi görkəmli pedaqoqlardan ifaçılığın sirlərinə yiyələnib. Məktəbi başa vurduqdan sonra, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (professor M.Brennerin sinfi) qəbul olunub. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.

1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan E.Səfərova Respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub.

E.Səfərova pedaqoji fəaliyyəti ilə yanaşı, konsertlərdə də solo və ansambl ifaçısı kimi çıxış edib. 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı böyük maraqla qarşılanıb.

Görkəmli pianoçu 1997-ci ildə – pedaqoji fəaliyyətinin və yaradıcılığının parlaq çağında dünyasını dəyişib.

# 2634 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər