Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açdı

Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açdı
21 may 2026
# 17:06

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gilavar Foto Klubu” İctimai Birliyi vizual sənət sahəsində irimiqyaslı layihəyə imza atıb.

Kulis.az xəbər verir ki, “Gilavar Foto Klubu” tərəfindən eyni gündə üç fərqli mövzunu əhatə edən fotosərgi açılıb.

Sərgilərdən birincisi BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə “Azərbaycan Şəhərsalma Kampaniyası” çərçivəsində keçirilən “My Urban World” (Mənim Şəhər Dünyam) fotomüsabiqəsinin qaliblərinə həsr olunub. Bu sərgi ziyarətçilərə müasir şəhər həyatının dinamikasını və urbanizasiyanın müxtəlif çalarlarını fotoqrafların baxış bucağından izləmək imkanı yaradıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən digər iki ekspozisiya isə ölkəmizin post-münaqişə reallıqlarına həsr edilib. Bu sərgilərdən biri Azərbaycanda mina qurbanlarına, digəri isə urbisid və işğaldan azad edilmiş ərazilərdəki genişmiqyaslı yenidənqurma prosesinə aid olub.

“Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev layihənin əhəmiyyətindən danışaraq deyib: “Biz WUF13 kimi nüfuzlu qlobal platformada həm müasir şəhər həyatının ritmini, həm urbisidin ağır izlərini, həm də işğaldan azad edilmiş ərazilərdəki bərpa prosesini və mina qurbanlarının hekayələrini eyni anda nümayiş etdirdik. Fotoqrafiya vasitəsilə cəmiyyətin yaşadıqlarını və dirçəlişini vizual sənətin dili ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq bizim üçün çox önəmli bir layihə oldu”.

Ümumilikdə hər üç sərgidə 50-dən artıq foto əsəri nümayiş etdirilərək forum iştirakçılarının diqqətinə çatdırılıb. Sərgilər yerli və beynəlxalq ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

# 686 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər