Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi
20 aprel 2024
# 10:40

Gəncədə Azərbaycanda kitabxanaçılığa, savadlanmaya, maariflənməyə yeni nəfəs gətirən “BookZone" Kitab Evinin açılışı olub.

Kulis.az xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, "BookZone Group” MMC-nin təsisçisi və icraçı direktoru, ANAİB-in idarə heyətinin üzvü Seymur Tağıyev, “Parlaq imzalar” nəşriyyatının rəhbəri, ANAİB-in sədr müavini Nurman Tariq və digər rəsmilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra simvolik olaraq, ədəbiyyatımızın görkəmli nümayəndələri dahi şair Nizami Gəncəvi və Məhsəti Gəncəvi mərasim iştirakçılarını salamlayıb, öz xeyir-dualarını veriblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “BookZone" Kitab Evinin Gəncədə kitaba və kitabçılığa olan marağın artırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, gənclərin maarifləndirilməsi baxımından bucür məkanların faydası olduqca böyükdür.

“BookZone” Gəncə Kitab Evinin icraçı direktoru, Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan zabit, yazıçı Mahir Hüseynov bildirib ki, əsas hədəfləri Gəncə şəhərinə yeni nəfəs gətirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında kitaba olan marağı artırmaq, Vətənini sevən, ziyalı fərdlərin yetişdirilməsinə töhfə verməkdir. O, göstərilən dəstəyə görə şəhər rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib.

Açılış mərasimində çıxış edən natiqlər bildirblər ki, Gəncə tarixən elm və mədəniyyət mərkəzi olub. Nizami yurdunda bucür məkanların açılması olduqca sevindirici və təqdirəlayiq haldır.

Qonaqlar “BookZone” Gəncə Kitab Evinin fəaliyyətinə uğurlar arzulayıblar.

Rəsmi hissədən sonra rəsmilər Kitab Evi ilə tanış olublar. Filialın fəaliyyəti və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verilib, kitablar hədiyyə edilib.

Qeyd edək ki, burada klassik, dedektiv, psixologiya, fəlsəfə janrında, şəxsi inkişafa və biznesə aid minlərlə kitab yer alır. “BookZone” Gəncə Kitab evində kafe də faəliyyət göstərir.

# 2344 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər